13:32 23.10.2024 671

"Bu, "Qarabağ"ın evdə azarkeşlərə məyusluq yaşatmamaq istəyindən irəli gəlir" - Adil Şükürov

UEFA Avropa Liqasının Liqa mərhələsinin 3-cü turunda "Ayaks"ı qəbul edəcək "Qarabağ"ın Niderland nəhəngi ilə oyunda nə ilə yadda qalacağı böyük maraq doğurur. 
Tanınmış futbol mütəxəssisi Adil Şükürovla əlaqə saxlayıb ilk 2 turda "Tottenhem" (0:3) və "Malmö"yə (1:2) uduzan təmsilçimizdən bu dəfə nə gözlədiyini soruşduq.

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"Qarabağ"ın əvvəlki illərdə də adlı-sanlı rəqiblərindən çəkinmədiyinin şahidi olmuşuq. Amma komanda Bakıda doğma azarkeşlər önündə çıxış edəndə sanki, ehtiyatlı oynayıb və bunun da nəticəsi olaraq, bəzən qapısında qollar görüb. Bu da "Qarabağ"ın azarkeşlərə məyusluq yaşatmamaq istəyindən irəli gəlir. Qıraqdan baxan da düşünür ki, "Qarabağ" Bakıdakı oyunlarda qapısının toxunulmazdığının qeydinə  qalmaq  istəyir. Amma səfər oyunlarında  komanda daha  çox hücum edərək  gözə xoş gələn futbol sərgiləyir. Rəqibin "Ayaks" olduğunu və Nederland çempionatda iki oyun az  keçirməsinə  baxmayaraq, 16  xalla  beşinci  pillədə  qərarlaşıb rəqiblərin qapısına 17 qol vurub 7-ni buraxmasını nəzərə alsaq, "Qarabağ" bu dəfə evdə daha ehtiyatlı olmalıdır. Təbii ki, hərkəs "Ayaks" ilə oyunda komandamızdan qalibiyyət və bol qollu oyun görmək istəyəcək. Hər kəs "Qarabağ"a inanır və yaxşı oyun gözləyir.

"Qarabağ" üçün yeni formatda keçirilən Avroliqa oyunları həm də adlı-sanlı rəqiblərlə matçlarda özünü təsdiqetmək fürsətidir. Komandanın iki turdan sonra xalsız olmağı məncə, elə də böyüdülərək faciəyə çevriləsi bir şey deyil. "Qarabağ" hələ xallar  qazanacaq, biz buna inanırıq.

Son oyunlarda sanki, "Qarabağ"ın futbolçuları ələ düşən imkanlardan yetərincə istifadə edə bilmir. Avroliqa oyunlarında hər imkan matçın taleyini həll etmək baxımından vacibdir. "Qarabağ əvvəlki oyunlarda əldə etdiyi imkanlardan yararlana bilsəydi, indi komanda Çempionlar Liqasında  "Dinamo  Zaqreb"in yerində idi. Ən böyük problemlərdən biri də yerli çempionatımızın Avropa Liqasındakı rəqiblərimizin liqalarından çox  geri qalmasıdır. Ona görə də biz yerli çempionatdakı oyunlara əsasən "Qarabağ"ın formada olub-olmadığını tam müəyyənləşdirə bilmirik. Amma Avropa arenasındakı oyunların ardıcıllığına nəzər saldıqda, deyə bilərik ki, "Qarabağ" öz optimal formasına yaxındır".

Qeyd edək ki, "Qarabağ" - "Ayaks" oyunu oktyabrın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Oyun Bakı vaxtı ilə 20:45-də başlayacaq.

Mirağa

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

16 Avqust 2026
19:56

22 milyona alıb 25 milyona satırlar

19:47

MPL: "Neftçi"dən 2-ci qol - YENİLƏNİR

19:17

"Arsenal" Viktor Osimhen üçün hərəkətə keçdi

18:51

"Real Madrid" 19 yaşlı istedadı istəyir

18:20

Azərbaycanda BCF-nin 150-ci məşqçilik proqramının iştirakçılarına sertifikatlar verilib

17:51

"Yuventus" Lunini istəsə də...

17:08

Duqlass dünya rekordunu yenilədi

16:42

Şose velosipedi üzrə Azərbaycan Kubokunda qaliblər müəyyənləşdi

16:09

"Sabah"ın rəqibi ikinci heyətlə oynayıb darmadağın oldu

15:43

"İnter" ingiltərəli futbolçunu rənglərinə bağladı

15:12

"Neftçi" yeni transferini açıqladı - RƏSMİ

14:40

AFFA-nın baş katibi "Sabahın Ulduzları" Bakı Kubokunun oyununu izlədi

14:13

Azərbaycanın stolüstü tennisçiləri Yaponiyada 4 medal qazandılar

13:51

"Vest Hem" transfer rekordunu yenilədi

13:05

Musiala qol vurduqdan sonra huşunu itirdi

12:49

Zubir "Qarabağ"dan getdi - RƏSMİ

12:18

"Hamımız bu məğlubiyyətdən dərs çıxarmalıyıq" - İsmayıl Kartal

11:44

"Bu, müharibədir, oyun deyil" - Rekorda imza atan İslam rəqibini anlamır

11:19

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

10:41

İslam Maxaçev Qerrini yenərək titulunu qorudu

10:12

PSJ "Ayaks"ın vingerini heyətinə cəlb etdi - RƏSMİ

09:37

MPL: "Sumqayıt" "Neftçi"ni, "Zirə" debütantı qəbul edir

09:00

Günün oyunları bu kanallarda - AFİŞA

01:43

Super Liqa: "Fənərbağça" "Gənclərbirliyi"nə məğlub oldu

01:13

Toral Bayramov ikinci hissədə oyuna girdi, "Bursaspor" 3 xalı qazandı

00:44

Valdas Dambrauskas "Kəpəz"lə matçdan sonra nə danışdı?

00:17

"İnanıram ki, xallar qazanacağıq" - Azər Məmmədov

15 Avqust 2026
23:39

"Qələbənin bizim haqqımız olduğunu demək ədalətsizlik olar" - Fərid Namazov

23:22

"Futbolçularımın mübarizə əzmindən razı qaldım" - Cavid Hüseynov

23:12

"Seltik" darmadağına sevindi, Kamilo Duran isə...

22:59

Anatoli Nuriyevin qolu "Kişvarda"nı xilas etmədi

22:42

MPL: Qəbələdə qol səsi çıxmadı, "Sabah" Rumıniyaya qalib gedir

22:12

"Nyukasl"dan 65 milyonluq həmlə

21:30

"Sumqayıt" heyətini gücləndirdi

21:16

London nəhəngi hərəkətə keçdi

20:48

"Arsenal" və "Mançester Yunayted" onun üçün mübarizə aparır

20:28

"Biz Xalqın komandasıyıq və bu adı qürurla daşımaq bizim borcumuzdur" - Cenk Sümer

20:22

Azərbaycan paracüdoçusu Avropa çempionatında bürünc medal qazandı

19:47

Azərbaycanın daha 3 boksçusu Avropa çempionatında mərhələ adladı

19:11

İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu olub

Facebookdan bizi izləməyi unutmayın.
X