
Bu gün UEFA Avropa Liqasında I təsnifat mərhələsinin cavab oyunları keçiriləcək.
Fanat.Az xəbər verir ki, Azərbaycanı sözügedən turnirdə təmsil edən "Qarabağ" da növbəti oyununa çıxacaq.
Qurban Qurbanovun baş məşqçisi olduğu komanda İslandiyada "Vestri" ilə üz-üzə gələcək. Oyun Bakı vaxtı ilə 00:00-da start götürəcək. "Trottarvöllur" stadionunda baş tutacaq qarşılaşmada ədaləti Marek Rodinanın başçılıq edəcəyi çexiyalı hakimlər briqadası qoruyacaq.
Bakıda təşkil olunan ilk görüşdə rəqibini 3:0 hesabı ilə məğlub edən "köhlənlər" səfərdəki görüşdə də favorit hesab olunur.
Qeyd edək ki, "Qarabağ" mərhələni keçəcəyi təqdirdə, növbəti raundda ÇSKA (Sofiya, Bolqarıstan) – "Derri Siti" (İrlandiya) cütünün qalibi ilə üz-üzə gələcək.
UEFA Avropa Liqası
I təsnifat mərhələsi, cavab oyunu
16 iyul
"Vestri" – "Qarabağ" 0:0 (ilk hissə)
Hakimlər: Marek Radina, Kamil Hayek, Petr Kotalik, Daniel Vokoun (hamısı Çexiya).
Reykyavik. "Trottarvöllur" stadionu.
(İlk oyun – 0:3).
"Vestri": 1. Marvin Darri Steynarsson, 22. Elmar Atli Qardarsson (k), 13. Albert İnqi Yohansson, 3. Edson, 45. Qudmundur Pall Eynarsson, 77. Seriqne Fall, 18. Marino Steynar Haqbardsson, 7. Yakob Stensson, 14. Birkir Eydal, 11. Yohannes Selven, 19. Emmanuel Dua
"Qarabağ": 99. Mateuş Koxalski, 5. Bruno Lanqa, 5. Bense Varkonyi, 55. Bədavi Hüseynov (k), 2. Mateus Silva, 8. Marko Yankoviç, 35. Pedro Bikalyo, 20. Kadi Borges, 10. Abdullah Zubir, 7. Jali Muaddib, 11. Zakaria Savo