Avropa Liqasının II təsnifat mərhələsində "Neftçi"nin rəqibi olan "Qalatasaray" klubu yeni futbolçular almağı planlaşdırır.
Fanat.Az xəbər verir ki, bu barədə "Fotospor" məlumat yayıb.
Nəşrin yaydığı xəbərə görə, İstanbul təmsilçisinin baş məşqçisi Fatih Tərim komandasına dayaq yarımmüdafiəçisi və pleymeyker qatmaq niyyətindədir.
67 yaşlı mütəxəssis Türkiyə Super Liqasında komanda sayının artmasını əsas gətirərək, transferlərdə tələsmək istəmir. Tərim bu məsələlərlə bağlı səhv etmək istəmədiyini və əsl fürsətlərin oktyabrın ilk 5 günündə ortaya çıxacağını deyib.
"Qalatasaray" Superliqada ilk üç oyununda "Qaziantep" (13 sentyabr), "Başakşehir" (20 sentyabr) və "Fənərbağça" (27 sentyabr) ilə üz-üzə gəcələk. "Sarı-qırmızılar" yeni transferləri həmin oyunlara kimi gerçəkləşdirməyi düşünmür. Fatih Tərim bunun etirazla qarşılanacağı ehtimalına belə reaksiya verib: "Mənim üçün derbidə uduzmaq önəmli deyil. Vacib olan liqada çempion olmaqdır".
Qeyd edək ki, sentyabrın 17-də "Bakcell Arena"da oynanılacaq "Neftçi" - "Qalatasaray" qarşılaşması saat 20:00-da başlayacaq.
Fanat.Az