16:21 02.09.2020 1577

"Neftçi"yə azarkeşlik edəcəm, amma uduzsa üzülməyəcəm" - Ceyhun Əzizli

Məlum olduğu kimi, Avropa Liqasındakı yeganə təmsilçimiz olan "Neftçi" II təsnifat mərhələsində Tükiyənin "Qalatasaray" klubu ilə qarşılaşacaq. Ölkəmizdə "Neftçi" kimi "Qalatasaray" klubunun da böyük azarkeş ordusu var. Hətta elə insanlar var ki, iki klubun azarkeşidi.

Onlardan biri də hər kəsin qatı "Neftçi" və "Qalatasaray" azarkeşi kimi tanıdığı Ceyhun Əzizlidir. Vaxtı ilə "UltraNeftçi" və "UltrAslan" fan-klublarına başçılıq etmiş Ceyhun Əzizli ilə qarşıdakı oyunla bağlı danışıb, fikirlərini öyrəndik.

Fanat.Az-a danışan futbol azarkeşi püşkün iki sevimli klubunu üz-üzə gətirməsinə üzüldüyünü bildirib: 

"Püşkün nəticəsi bəlkə də son illərdə aldığım ən pis xəbər idi. Belə nəticə istəməzdim. Qanım çox qaraldı. Ancaq qismətdir, nə edək ki, belə gətirdi. Oyuna baxmağa məcburuq. Ancaq səmimi deyirəm ki, çox pis təsir etdi. Azərbaycanda çox sayda "Qalatasaray" azarkeşi var. Bu görüşün azarkeşsiz keçirilməsi onlara da çox pis təsir etdi. Əslində mən stadiona gedə bilərəm. Ancaq getməyəcəm, evdən izləyəcəm". 

Maraqlıdır, Ceyhun bəy bu dueldə sevimli klublarından hansının qələbə qazanmasını arzulayır? 

"Mənim həm "Neftçi", həm də "Qalatasaray" azarkeşi olmağım bir kənara, "Qalatasaray" da "Neftçi" kimi mənim həyatımdır. Ancaq "Qalatasaray" Azərbaycanın hansı komandasına rəqib olsa, yenə də öz ölkəmin komandasının qələbəsini istəyərəm. Düzdür, Türkiyə də bizə doğma ölkəmizdir. Ancaq Azərbaycan komandalarını üstün tutaram. Həmişə də belə olacaq. Əlbəttə, bu oyunda da "Neftçi"yə azarkeşlik edəcəm, buna şüphə ola bilməz. Bunu ailəm də, ətrafım da, dostlarım da, hər kəs bilir. Oyun günü də yığışıb bir yerdə baxacağıq və "Neftçi"yə azarkeşlik edəcəm. Amma "Qalatasaray" qələbə qazansa, üzülməyəcəm. Bu vəziyyət, uşağa verilən "atanı çox istəyirsən, ya ananı?" sualına oxşayır (gülür)...  Oyunda "Neftçi"yə azarkeşlik edəcəm, ancaq uduzsa belə üzülməyəcəm. Niyə? Çünki rəqib "Aslan"ımdır", deyə Əzizli qeyd edib. 

Ceyhun Əzizli cütün aşkar favoritinin "Qalatasaray" olduğunu bildirdi:

"Neftçi"nin udmaq şansısa gəlincə, bu rəhbərliklə heç bir zaman ola bilməz. Çünki "Neftçi" son illərin ən zəif heyətinə, ən zəif idarəçiliyinə sahibdir. "Neftçi"ni bərbad vəziyyətə salıblar. 6-7 il əvvəlin "Neftçi"si olsaydı, ən azından "Qalatasaray"la mübarizə apara bilərdi. Ancaq indiki rəhbərliyin fəaliyyəti nəticəsində "Neftçi" "Qalatasaray"la qarşı mübarizə apara bilməyəcək səviyyəyə enib. Mənə elə gəlir ki, "Qalatasaray" bu oyunda 2:0 hesabı ilə qalib gələcək". 

Qeyd edək ki, sentyabrın 17-də "Bakcell Arena"da oynanılacaq "Neftçi" - "Qalatasaray" qarşılaşması saat 20:00-da başlayacaq.

Röya Kərimli
Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

06 İyul 2025
02:15

Klublararası dünya çempionatı: "Real Madrid" sonuncu yarımfinalçı oldu

00:50

U-18 Ukraynaya uduzdu

00:20

Azərbaycan güləşçilərindən bir qızıl, bir gümüş medal

05 İyul 2025
23:58

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

23:39

Boksçularımız Dünya kubokunda üç "bürünc" qazandılar

23:10

“Qəbələ” yeni legionerlə anlaşdı

22:31

"Neftçi" fransalı oyunçu ilə gücləndi

22:07

Klublararası dünya çempionatı: PSJ "Bayern"i yenib yarımfinala adladı

20:58

Azərbaycan millisi Avropa çempionatına qələbə ilə başladı

20:23

Bundesliqa klubunda insident: "Pis zarafat"a görə futbolçunu komandadan uzaqlaşdırdılar

19:48

"Turan Tovuz"da 3 yeni təyinat

19:20

Messi "İnter Mayami" ilə bağlı qərarını verdi

18:49

"Kəpəz" növbəti transferini reallaşdırdı

18:17

Daha bir boksçumuz Dünya kubokunda "bürünc"lə kifayətləndi

17:56

Palmer gələcək komanda yoldaşı haqda danışdı - "O, mənim dediyim sözlərin heç birini anlamadı"

17:22

Azərbaycan boksçusu Dünya kubokunda "bürünc" qazandı

16:50

Kayl Uoker sabiq komanda yoldaşının rəhbərliyi altında oynayacaq - RƏSMİ

16:30

"Çelsi"nin baş məşqçisi yarımfinala adlamalarını şərh etdi

15:58

"Liverpul"dan Jotanın ailəsinə jest - 2 il ərzində...

15:12

"Mingəçevir"in baş məşqçisi postundan ayrıldı

14:50

Pokatilov Qazaxıstan və Azərbaycan futbolunu müqayisə etdi - "Kayrat" birinci, "Sabah" ikinci yerdədir"

13:49

"Açıq matç olacaq" - Enrike "Bayern"lə oyundan danışdı

13:06

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

12:37

"Zirə"nin rəqibi yenə minimal hesablı qələbə qazandı

12:05

"Kəpəz" yeni transferini açıqladı

11:44

Klublararası dünya çempionatı: PSJ "Bayern"ə, "Real" "Borussiya"ya qarşı

10:54

Tanınmış futbolçu kafedə 2 nəfəri döydü - VİDEO

10:20

"Araz-Naxçıvan"da köklü dəyişiklik - 6 legionerini göndərdi

09:58

"Qəbələ" qanalı oyunçu ilə gücləndi

09:35

"Arsenal" gənc ulduzu ilə razılığa gələ bilmədi

09:00

"Çelsi" yarımfinala adladı - Finala vəsiqə də braziliyalılarla dueldən keçəcək

01:08

Klublararası dünya çempionatı: "Fluminense" "Əl-Hilal"ı yenib ilk yarımfinalçı oldu

00:14

Azərbaycan millisi AÇ-yə qələbə ilə başladı

00:00

Ruzanna Avropa çempionu oldu

04 İyul 2025
23:16

"Arsenal" bu ulduzun transferinə milyonlar ayırdı - MƏBLƏĞ

22:58

"Transferlərlə bağlı mən qərar verirəm" - Samir Abasov

22:40

"Real"ın hücumçusu İtaliya nəhənginə keçə bilər

22:36

Azərbaycanın 2 güləşçisi AÇ-nin finalında

22:20

"Dioqunun yoxluğu ilə barışmaq çox çətin olacaq" - Məhəmməd Salah

21:54

"Mançester Yunayted"in 5 futbolçusunun mesajı rəhbərəliyi bu addımı atmağa vadar etdi - SON DURUM

Facebookdan bizi izləməyi unutmayın.
X