15:18 03.09.2020 1373

"Bizim mövqeyimiz səhv olsaydı,..." - Əmrah Çəlikəl

"Qarabağ”ın direktoru Əmrah Çəlikəlin apasport.az saytına müsahibəsi.

- Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində keçiriləcək "Qarabağ” – "Molde” matçının məkanı hələ də açıqlanmayıb. Son durum nədir?
- Hələ qərar verilməyib, biz özümüz də gözləyirik. Bizim üçün də vacib məsələdir.

- Artıq pley-off mərhələsinin belə, bəzi oyunlarının yeri bilinir. Belə vəziyyət nə qədər sürə bilər?
- Vəziyyətin bu həddə çatması bizim qarşı tərəflə vuruşmağımızdan qaynaqlanır. Əgər onların istəyini qəbul etsəydik, çoxdan demişdilər ki, gedin, Macarıstanda və ya başqa bir ölkədə oynayın. Məsələnin bu qədər uzanmasının yeganə səbəbi odur ki, hərtərəfli üstlərinə gedirik.

- "Molde” klubunun tələbini nə dərəcədə doğru hesab edirsiniz? Axı onların irəli sürdüyü problem ölkədaxili məsələdir...
- Sözsüz ki, bunda bizlik heç bir problem yoxdur. Əvvəlcədən də demişik ki, qapımız hər kəsə açıqdır və təminat da veririk. Ancaq yəqin ki, proses belədir. Qərarın yubanması onu göstərir ki, UEFA bizim haqlı olduğumuzu görür. Bizim mövqeyimiz səhv olsaydı, deyərdilər ki, başqa ölkədə oynayın.

- UEFA-nın belə gec qərar verməsi norveçlilərin təzyiqindən qaynaqlanır?
- Əlbəttə. Onlar da bir tərəfdən UEFA-ya təzyiq göstərir. "Biz əvvəlcədən də demişik ki, heç yerə getməyəcəyik” iddiasındadırlar. Bizə görə məntiqli olmasa da, öncədən deyilib. Amma bizim də başqa ölkəyə getməyimiz qəbulolunmazdır. Ona görə ki, ev sahibiyik və rəqibi qəbul etməliyik. Məsələ olduqca mürəkkəbdir, UEFA-nın mövqeyi də başadüşüləndir. Norveç tərəfi müqavimət göstərir. Qeyri-müəyyən durumun uzanmağından belə başa düşürəm ki, qərarın bizim xeyrimizə verilməsi daha real görünür.

- UEFA "Molde” klubunun tələbini qəbul edərsə, bununla bağlı hər hansı addım atmağı düşünürsünüzmü?
- Belə bir qərar gözləmirəm. Çünki matçın Azərbaycanda keçirilməsi üçün yetərincə faktlar var. Təbii ki, UEFA-nın istənilən qərarına hörmətlə yanaşacağıq. Əgər istəmədiyimiz qərar çıxarsa, bu, başqa ölkə klublarının da mövsümün gedişində eyni tələblə UEFA-ya müraciət etməsinə yol aça bilər. Qitə futbol qurumu bütün bunları yəqin ki, götür-qoy edir. Ancaq inanmıram ki, bizi harasa göndərsinlər. Norveç  komandası bura gəlməlidir.
 
Fanat.Az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

15 Avqust 2026
12:38

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

12:11

Avropa Liqasında bütün pley-off cütləri bilindi

11:40

1-ci Liqa nə vəd edir? - İddialıların imkanları, ortababların isə sayı artıb

11:15

Debütant ilk matça itkisiz çıxacaq

10:54

"Sabahın Ulduzları": U-15 yaş qrupunda 4-cü tura yekun vuruldu - Nəticələr/Fotolar

10:08

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

09:41

İmmobile karyerasını başa vurdu

09:00

MPL: "İmişli" "Araz-Naxçıvan"a qarşı, çempion "Sabah"ın "Kəpəz"lə ÇL "məşq"i

01:43

Super Liqa: "Qalatasaray" doğma meydanda "büdrədi"

14 Avqust 2026
23:36

"Başlanğıc üçün vacib qələbə idi" -Kurban Berdıyev

23:11

Kaxaber Tsxadadze "Turan Tovuz"la matçdan sonra belə danışdı

22:45

"Çelsi" "Mançester Yunayted"in 15 yaşlı gəncini qaçırır

22:05

"Fənərbağça" TFF-yə müraciət edir: "Konyaspor" matçı təxirə salınsın

21:41

"Neftçi" İmad Farajla yollarını ayırdı

21:27

MPL: "Turan Tovuz"a 1 qol bəs etdi

21:09

"Ayaks"ın 55 milyonluq ulduzu PSJ-yə keçir

20:44

Bakıda beynəlxalq badminton turniri start götürdü

20:07

Gimnastımız Fidan Qurbanlı Dünya çempionatında ölkəmizi təmsil edib

19:55

Avropa birinciliyində iştirak edəcək Azərbaycan ağırlıqqaldıranları açıqlanıb

19:06

Sabah "Zaqatala" yoxlama oyununa çıxacaq

18:47

Zaman Zamanlı "Zaqatala"da

18:04

Ayxan Abbasov “Sabahın Ulduzları” turniri barədə fikirlərini bildirib

17:48

"Tvente" tanış rəqib olsa da..." - Sabiq futbolçusu "Qarabağ"a inanır

17:30

"Araz-Naxçıvan" daha iki futbolçu transfer etdi

17:11

"Qarabağ"ın "Şamaxı" ilə oyununun biletləri satışa çıxarıldı

17:05

"Trendyol" CEV EuroVolley 2026 Women" Avropa çempionatının titul sponsoru oldu

16:53

Ağasəlim Mircavadov: "Tvente"nin hücum xətti yaxşıdır, amma..."

16:35

"Zirə" debütantla oyuna tam heyətlə hazırlaşır

16:17

"Neftçi"nin "Sumqayıt"la oyuna neçə itki ilə çıxacağı bəlli oldu

15:58

İmad Faraj tibbi müayinədən uğurla keçdi

15:40

"Qalatasaray" Batrakova rəsmi təklif göndərdi

15:22

Samir Əliyev "Qarabağ - "Tvente" mübarizəsindən nə gözləyir? - AÇIQLAMA

15:04

"Qarabağ"ın "Tvente" ilə səfər oyununu albaniyalı hakim idarə edəcək

14:46

"Səbail" Şimali Kipr klubu ilə qarşılaşacaq

14:26

"Mənə elə gəlir ki, "Qarabağ" "Tvente"ni də keçəcək"

14:08

"Qarabağ" - "Tvente" oyununun hakimləri açıqlandı

13:50

Neymar "Santos"da "partladı"

13:32

Arif Əsədov: "Son qələbə "Tvente"ni də keçmək üçün təkan ola bilər"

13:15

Ferran Torres PSJ üçün ilk addımını atır

12:57

Berdiyev açılış oyununda bu futbolçuların xidmətindən yararlana bilməyəcək

Facebookdan bizi izləməyi unutmayın.
X