UEFA Avropa Liqasında II təsnifat mərhələsinə yekun vurulub.
Fanat.Az xəbər verir ki, ötən gün yarımçıq dayandırılan "Riqa” ilə "Tre Fiori” arasında görüş bu gün davam etdirilib.
Latviyanın paytaxtı Riqada baş tutan matçda meydan sahibləri 1:0 hesablı qələbə qazanıb. Bununla Latviya təmsilçisi III təsnifat mərhələsində "Seltik”ə (Şotlandiya) rəqib olub. Həmin görüş sentyabrın 24-də Riqada keçiriləcək.
Qeyd edək ki, "Riqa” - "Tre Fiori” matçı dünən hesab 0:0 olarkən birinci hissənin gedişində arenanın işıqlandırma sistemində problem yarandığı üçün dayandırılmışdı.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol