"Çox xoşbəxtəm, uzun müddətdən sonra öz oyunumu tapdım".
Fanat.Az xəbər verir ki, bunu "Qalatasaray"ının futbolçusu Mbaye Diaqne UEFA Avropa Liqasının 2-ci təsnifat mərhələsinin "Neftçi" ilə oyunundan sonra yerli mətbuata açıqlamasında deyib.
Seneqallı hücumçu dubl etdiyi qarşılaşma ilə bağlı fikirlərini bölüşüb: "Əzmkar işin qarşılığını gec-tez alırsan. Artıq qarşıdakı matçı düşünəcəyik. İnanıram ki, qələbə qazanacağıq".
Mbaye Diaqne "Neftçi"ni 3:1 hesabı ilə yendikləri matçın 19-cu və 63-cü dəqiqələrində fərqlənib. "Ağ-qaralar"ı Avropa Liqasından kənarlaşdıran "Qalatasaray" 3-cü mərhələdə Xorvatiya klubu "Hayduk"la (Split) qarşılaşacaq.
Qeyd edək ki, görüş sentyabrın 24-də olacaq.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol