21:31 19.02.2023 431

“Heç-heçə də pis nəticə olmazdı” - Qurban Qurbanov

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın 23-cü turunda “Zirə”yə qarşı keçirdikləri oyunu şərh edib.

Fanat.Az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı 1:0 hesabıyla qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Futbolçularımı təbrik edirəm. Çox gərgin oyun oldu. Bərabərəlik də pis nəticə olmazdı. Oyun ona gedirdi. Qol imkanlarımız çox olmadı. Rəqib bizə qarşı çox yaxşı hazırlaşmışdı. Bütün oyunçuları diqqətli və düzgün analiz etmişdilər. O qədər də baxımlı oynamağımıza imkan vermədilər. Mübarizədən xoşum gəldi. Futbolçularım sona qədər mübarizə apardılar. Durmadılar. Çox vacib üç xal qazandıq. Rəşad Sadıqova uğurlar arzu edirəm.

Yeni transferlər start heyətdə meydana çıxmışdılar. Onlardan razı qaldım. Amma öz optimal formalarından uzaqdırlar. Qarşıdakı matçlarda oynayacaqlar. Vaxt lazımdır.

Musa daha az oynayanlardan idi. Bu gün sona kimi oynatmadım. Matçın gedişatına görə belə addım atdıq. Ramil çox yorulmuşdu. Hücumçu kimi Musanı oynatmağa məcbur idik. Onun “Gent”lə oyundakı iştirakına hələ qərar verməmişik. Qarşıda bir neçə günümüz var. Qərar verəcəyik”.

Qurbanov “Sauthempton”un baş məşqçi vəzifəsini müvəqqəti icra edən Ruben Sellesin Britaniya mətbuatına müsahibəsində onun haqqında danışmasına da münasibət bildirib: “Çox da dərinə getmək istəmirəm. Ona təşəkkür edirəm ki, burada ümumi işimizi dəyərləndirib. Mən tək deyildim, burada birlikdə idik. Müzakirələrimiz olurdu. Futbolçuların fiziki durumunu yaxşı səviyyəyə gətirib çıxarmağı düşünürdük. Mənim üçün xoşdu. Özümə görə yox, "Qarabağ" və Azərbaycanın adının çəkilməsinə görə şadam. Hazırda İngiltərədə baş məşqçi funksiyasını yerinə yetirir. Ona uğurlar arzulayıram. Özüm haqda heç düşünmürəm. Azərbaycan və "Qarabağ" haqda suallar səslənməsinə sevindim”.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

22 İyul 2026
10:48

"Çelsi" tarixinin ən bahalı transferini reallaşdırdı - Məbləğ

10:30

ÇL: 2-ci mərhələnin ilk oyunlarına yekun vurulur

10:09

Messi DÇ-2026-nın ən yaxşı oyunçusu seçildi

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

KL: "Neftçi" Belarus təmsilçisi ilə üz-üzə

09:00

"Sabah" qələbə qazandı, Azərbaycanın mövqeyi... - UEFA reytinqi

02:01

ÇL: "Fənərbağça"dan İstanbulda çətin qələbə

01:40

KL: "Dyor" səfərdə "coşdu"

21 İyul 2026
23:49

Pep Qvardiola İtaliya millisinin "sükanı arxası"na keçə bilər

23:11

"Arsenal" Qabriel Jesusun qiymətini 20 milyon funta endirdi

22:41

Valdas Dambrauskas "KuPS"la matçdan sonra belə danışdı

22:18

"Qalatasaray" Kristian Pulisiç ilə maraqlanır

21:57

ÇL: "Sabah" Finlandiya çempionunu "əliboş" yola saldı

21:16

Arda Gülər "Real Madrid"də start heyət uğrunda böyük savaşa girir

20:46

"Əl-Hilal" Bastoni üçün 70 milyon təklif edir

20:17

Məhəmməd Salahın meneceri "Beşiktaş" üçün İstanbula gəlir

19:42

"Qalatasaray"dan Musiala həmləsi: İcarə təklif edilib

19:12

Rodri "Real Madrid"ə keçməyə hazırdır

18:46

"Qalatasaray" Bruno Fernandes üçün 35 milyonluq təklif hazırlayır

18:30

Fransa millisinin yeni baş məşqçisi müəyyənləşib

18:14

Messi finaldan sonra Yamala nə deyib? - "Bu sözlər boynuma taxdığım qızıl medal qədər dəyərlidir"

17:56

"Zirə" növbəti transerini açıqladı - RƏSMİ

17:38

“Liv Bona Dea Arena”da ot örtüyü yenilənir - FOTOLAR

17:20

"Zirə" Estoniyadakı oyuna itkisiz çıxacaq

17:02

Argentinalı qolkiper millidən ayrılacağına işarə etdi - "Bu ağrını izah etmək çətindir"

16:43

Kalunqa "Kəpəz"in düşərgəsində olsa da...

16:25

"İmişli"də yeni təyinat - RƏSMİ

16:07

Klublarımızın sifariş verdiyi stadionlar bilindi - Siyahı

15:48

"Qalatasaray"da yeni müqavilə - Razılığa gəlindi

15:30

"Şəfa" klubu kanadalı futbolçunu heyətinə qatdı

15:20

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

15:12

Nuri Şahin "Fənərbağça" naminə "qolunu çırmaladı"

14:54

KL: 2-ci mərhələyə 3 oyunla start verilir

14:36

"İmişli" "Qarabağ"ın əvəzedicilərinə "5" verdi

14:18

Modriç yeni müqaviləyə hazırlaşır

14:00

"Qəbələ" nigeriyalı futbolçu ilə razılığa gəldi

13:42

Arif Əsədov "Sabah" - "KuPS" oyunu ilə bağlı iddialı proqnoz verdi

13:24

"Zirə" "Xəzər Lənkəran"la "İnter"in ənənəsini davam etdirə bilər

13:05

ÇSKA ilə AL matçına hazırlaşan "Qarabağ"ın heyəti ilə bağlı son vəziyyət bəlli oldu

12:47

"Beşiktaş"ın Trossard istəyi reallaşmadı

Facebookdan bizi izləməyi unutmayın.
X