20:24 04.03.2023 1593

“Sabah” evdə, “Sumqayıt” səfərdə qələbə qazandı

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXV turun görüşləri davam edir. 

Fanat.Az xəbər verir ki, üç gün ərzində yekunlaşacaq turun ikinci günündə daha iki oyun keçirilib.

Günün ilk qarşılaşmasında autsayderlər "Səbail" və "Sumqayıt" münasibətlərinə aydınlıq gətiriblər. Turnir cədvəlinin son iki pilləsində qərarlaşan komandaların Bayıldakı dueli birinin digəri üzərində üstünlüyünü artıracaqdı. 

Bu, “Səbail” və “Sumqayıt” arasında 21-ci Premyer Liqa matçı olub. Əvvəlki 20 oyunda "Gənclik şəhəri" təmsilçisinin üstünlüyü vardı. Belə ki, sumqayıtlılar bu görüşlərin yarısında - 10-da qələbə qazanmışdı. "Səbail" 7 dəfə meydanı 3 xalla tərk edibsə, daha üç görüş heç-heçə nəticələnib. Tərəflər arasındakı son 6 qarşılaşmada meydan sahibi olan komanda uduzmamışdı. “Səbail” son üç ev qarşılaşmasının hərəsində 1 qol vurmuşdu.

Bu gün keçirilən oyun qonaqların qələbəsiylə yekunlaşıb.

Günün ikinci oyununda "Sabah" ilə "Kəpəz" üz-üzə gəlib. Bu matç da prinsipiallıq daşıyırdı. Murad Musayevin baş məşqçi olduğu komanda son iki turda, "Turan Tovuz" və "Şamaxı" ilə görüşlərdə xal(lar) itirmişdi. "Kəpəz"ə də qalib gələ bilməyəcəyi halda, "Sabah"ın 2-ci yerdəki mövqeyinə təhlükə yaranacaqdı. Belədə həmin mövqe "Neftçi" üçün əlçatan olacaqdı. "Kəpəz"in son iki turda qələbələri sıralaması da rəqibdən çəkinməyi şərtləndirirdi.

Bu oyunun yekununda isə qələbəni meydan sahibləri bayram ediblər.

Qeyd edək ki, turun açılış oyunu dünən "Zirə" və "Şamaxı" arasında (2:2) baş tutub. "Qəbələ" - "Qarabağ" və "Neftçi" - "Turan Tovuz" matçları isə martın 5-də keçiriləcək.

Azərbaycan Premyer Liqası
XXV tur
4 mart 

“Səbail” – “Sumqayıt” 0:1
Qol: Terrens Tisdel, 90+8-pen.
Qırmızı vərəqə: Qustavo de Fransa, 68.
Hakimlər: Rəşad Əhmədov, Vüsal Məmmədov, Rəhman İmami, Vüqar Həsənli
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Elçin Məmmədov
“ASCO Arena”

Səbail: 1. Emil Balayev (k), 2. Adil Nağıyev, 96. İlkin Muradov, 6. Cabir Əmirli, 22. Samir Abdullayev, 11. Qoba Zakpa, 99. David Qomis, 88. Matiya Lyuyiç, 5. Petro Stasyuk, 23. Qustavo de Fransa, 4. Maksim Çex.
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 10. Ağabala Ramazanov, 9. Mirabdulla Abbasov, 15. Vüqar Həsənov, 7. Ruslan Hacıyev, 3. Turan Manafov, 17. Rafael Məhərrəmli, 55. Nihad Qurbanlı, 77. Ədilxan Qarəhmədov, 20. Mirəli Əhmədov, 27. Emil Martinov, 21. Kizito Luvaqa.
Baş məşqçi: Şahin Diniyev.
Sumqayıt: 13. Aydın Bayramov, 3. Vurğun Hüseynov (k), 6. Vüqar Mustafayev, 14. Elvin Bədəlov, 18. Süleyman Əhmədov, 11. Rüfət Abdullazadə, 8. Səbuhi Abdullazadə, 5. Stiven Pereyra, 9. Kərim Abubakar, 22. Dieqo Karioka, 71. Masaki Murata.
Ehtiyat oyunçular: 25. İlnur Vəliyev, 32. Murad Ağamalıyev, 24. Elşən Abdullayev, 10. Vüsal İsgəndərli, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 7. Terrens Tisdel, 23. Kamran Əliyev, 12. Todor Todoroski, 37. Alya Ture.
Baş məşqçi: Samir Abasov.

“Sabah” – “Kəpəz” 2:0
Qol: Aleksey İsayev, 40. Anatoli Nuriyev, 90+4.
Qırmızı vərəqə: Anatoli Nuriyev, 90+6 - Abdullahi Şuaybu, 17.
Hakimlər: Rauf Allahverdiyev, Pərvin Talıbov, Zöhrab Abbasov, Emin Əliyev
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
“Bank Respublika Arena”

Sabah: 12. Yusif İmanov, 77. Namik Ələskərov, 4. Elvin Camalov (k), 17. Tellur Mütəllimov, 10. Aleksey İsayev, 7. Boyan Letiç, 20. Coy Lens Mikels, 3. Zurab Oçiqava, 18. Davit Volkov, 19. Con İrasabal, 8. Aleksey Kaşuk.
Ehtiyat oyunçular: 94. Nicat Mehbalıyev, 16. Rüstəm Samiqullin, 9. Anatoli Nuriyev, 2. Amin Seydiyev, 29. Ceyhun Nuriyev, 21. İldar Ələkbərov, 33. Camal Cəfərov, 22. Seymur Məmmədov, 15. Kristian da Silva, 99. Emmanuel Apeh.
Məşqçi: Artur Olenin.
Kəpəz: 71. Mario Mustapiç, 74. Yusif Nəbiyev (k), 14. Elçin Əlicanov, 77. Fərid Nəbiyev, 5. İdris İnqilablı, 3. Abdulla Rzayev, 20. Mahir Həsənov, 9. Mate Kvirkviya, 78. Yeqor Xvalko, 21. Martins Junior, 19. Abdullahi Şuaybu.
Ehtiyat oyunçular: 68. Orxan Sadıqlı, 25. Elgün Bayramov, 8. Tural Axundov, 80. Tural Rzayev, 70. Nicat Süleymanov, 2. Zamiq Əliyev, 27. Samir Məhərrəmli, 37. Ruslan Süleymanov, 91. Nizami Səmədov, 97. Nicat Məmmədov, 44. Nihat Fərəci, 10. Salif Sisse.
Baş məşqçi: Tərlan Əhmədov.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

22 İyul 2026
10:48

"Çelsi" tarixinin ən bahalı transferini açıqlayıb

10:30

ÇL: 2-ci mərhələnin ilk oyunlarına yekun vurulur

10:09

Messi DÇ-2026-nın ən yaxşı oyunçusu seçildi

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

KL: "Neftçi" Belarus təmsilçisi ilə üz-üzə

09:00

"Sabah" qələbə qazandı, Azərbaycanın mövqeyi... - UEFA reytinqi

02:01

ÇL: "Fənərbağça"dan İstanbulda çətin qələbə

01:40

KL: "Dyor" səfərdə "coşdu"

21 İyul 2026
23:49

Pep Qvardiola İtaliya millisinin "sükanı arxası"na keçə bilər

23:11

"Arsenal" Qabriel Jesusun qiymətini 20 milyon funta endirdi

22:41

Valdas Dambrauskas "KuPS"la matçdan sonra belə danışdı

22:18

"Qalatasaray" Kristian Pulisiç ilə maraqlanır

21:57

ÇL: "Sabah" Finlandiya çempionunu "əliboş" yola saldı

21:16

Arda Gülər "Real Madrid"də start heyət uğrunda böyük savaşa girir

20:46

"Əl-Hilal" Bastoni üçün 70 milyon təklif edir

20:17

Məhəmməd Salahın meneceri "Beşiktaş" üçün İstanbula gəlir

19:42

"Qalatasaray"dan Musiala həmləsi: İcarə təklif edilib

19:12

Rodri "Real Madrid"ə keçməyə hazırdır

18:46

"Qalatasaray" Bruno Fernandes üçün 35 milyonluq təklif hazırlayır

18:30

Fransa millisinin yeni baş məşqçisi müəyyənləşib

18:14

Messi finaldan sonra Yamala nə deyib? - "Bu sözlər boynuma taxdığım qızıl medal qədər dəyərlidir"

17:56

"Zirə" növbəti transerini açıqladı - RƏSMİ

17:38

“Liv Bona Dea Arena”da ot örtüyü yenilənir - FOTOLAR

17:20

"Zirə" Estoniyadakı oyuna itkisiz çıxacaq

17:02

Argentinalı qolkiper millidən ayrılacağına işarə etdi - "Bu ağrını izah etmək çətindir"

16:43

Kalunqa "Kəpəz"in düşərgəsində olsa da...

16:25

"İmişli"də yeni təyinat - RƏSMİ

16:07

Klublarımızın sifariş verdiyi stadionlar bilindi - Siyahı

15:48

"Qalatasaray"da yeni müqavilə - Razılığa gəlindi

15:30

"Şəfa" klubu kanadalı futbolçunu heyətinə qatdı

15:20

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

15:12

Nuri Şahin "Fənərbağça" naminə "qolunu çırmaladı"

14:54

KL: 2-ci mərhələyə 3 oyunla start verilir

14:36

"İmişli" "Qarabağ"ın əvəzedicilərinə "5" verdi

14:18

Modriç yeni müqaviləyə hazırlaşır

14:00

"Qəbələ" nigeriyalı futbolçu ilə razılığa gəldi

13:42

Arif Əsədov "Sabah" - "KuPS" oyunu ilə bağlı iddialı proqnoz verdi

13:24

"Zirə" "Xəzər Lənkəran"la "İnter"in ənənəsini davam etdirə bilər

13:05

ÇSKA ilə AL matçına hazırlaşan "Qarabağ"ın heyəti ilə bağlı son vəziyyət bəlli oldu

12:47

"Beşiktaş"ın Trossard istəyi reallaşmadı

Facebookdan bizi izləməyi unutmayın.
X