“Kəpəz”in baş məşqçisi Tərlan Əhmədov Gəncə klubundakı gələcək aqibəti barədə açıqlama verib.
Fanat.Az xəbər verir ki, o, Premyer Liqanın sonuncu - 36-cı turunun “Qəbələ” ilə səfər oyunundan (1:1) sonra baş tutan mətbuat konfransında komandada qalacağını bəyan edib:
“Rəhbərlikdə danışacam və işimi davam etdirəcəm. Çalışacağam növbəti mövsüm daha iddialı “Kəpəz” yaradım”.
Əhmədov başqa təkliflərinin olmadığını da etiraf edib.
Xatırladaq ki, “Kəpəz” mövsümü 31 xalla 8-ci pillədə başa vurub.