AFFA-nın Apellyasiya Arbitraj Tribunalı “Neftçi”nin şikayətin təmin etməyib.
Fanat.Az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, paytaxt klubu "Neftçi-2"-nin futbolçusu Ağadadaş Salyanskinin cəzasının azaldılması ilə bağlı müraciət ünvanlasa da, istəyinə çatmayıb.
Qurum "Sumqayıt-2" ilə matçda qeyri-etik ifadə və ya hərəkətə görə (rəsmi şəxsə qarşı qeyri-etik jest etdiyinə görə) birbaşa qırmızı vərəqə alan gənc hücumçunun 4 oyunluq cəza və 300 manat cərimə edilməsi barədə İntizam Komitəsinin qərarı qüvvədə saxlayıb.