"Kəpəz"lə müqaviləsinin müddəti başa çatan Ahmed Ayzaya iş yerini dəyişməyə yaxındır.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, bir neçə klubun diqqət mərkəzində olan 27 yaşlı yarımmüdafiəçinin Azərbaycanda qalmaq ehtimalı daha çoxdur.
Belə ki, "Turan Tovuz", "Sumqayıt" və "Qəbələ"nin də maraqlandığı nigeriyalı futbolçu sabiq komandası "Zirə"yə qayıtmaq üzrədir.
Qeyd edək ki, Ayzaya son mövsümdə "Kəpəz" forması ilə Premyer Liqada 32 matça çıxıb. O, bu qarşılaşmalarda 4 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Ölkə kubokunda 3 oyun keçirən afrikalı 1 dəfə komanda yoldaşının fərlənməsinə şərait yaradıb.
Nihat