
“Sabah” Futbol Klubu beynəlxalq “Scorpio Group” şirkəti ilə sponsorluq müqaviləsi imzalayıb.
Fanat.Az xəbər verir ki, əldə olunan razılaşmaya əsasən, “Scorpio Group” klubun texniki sponsoru olacaq.
Baş ofisi Monakoda yerləşən “Scorpio Group” dəniz nəqliyyatı və gəmiçilik sahəsində fəaliyyət göstərən beynəlxalq şirkətlər qrupudur.
Klubun rəsmi saytında verilən açıqlama belədir:
“Sabah” FK olaraq “Scorpio Group”u tərəfdaşlarımız sırasında salamlamaqdan məmnunluq duyur, əməkdaşlığın hər iki tərəf üçün uğurlu olmasını arzulayırıq".