“Qəbələ” klubu müdafiəçi Məqsəd İsayevlə yollarını ayırıb.
Fanat.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
2021-ci ilin yayından “qırmızı-qara” forma geyinən 29 yaşlı futbolçunun müqavilə müddəti başa çatıb.
Əldə etdiyimiz məlumata görə, təcrübəli müdafiəçi "Zirə" klubuna keçək.
O, "Qəbələ"də keçirdiyi iki mövsüm ərzində 73 matçda 4 qol vurub. İsayev Premyer Liqada 61 (3 qol), kubokda 10 (1 qol), Konfrans Liqasında 2 matçda iştirak edib.
Mirağa