
2026-cı il dünya çempionatına futbolçu göndərən klubların FIFA-dan əldə etdiyi gəlirlər müəyyənləşib.
Fanat.Az xəbər verir ki, 50 komandadan ibarət əsas siyahıya İngiltərənin "Mançester Siti" klubu başçılıq edir.
Premyer Liqa təmsilçisi FIFA-dan 4,4 milyon dollar gəlir əldə edib.
İlk üçlükdə İspaniyanın "Barselona" (3,9 milyon dollar) və Almaniyanın "Bavariya" (3,4 milyon dollar) klubları da yer alıb.
Türkiyədən "Qalatasaray" 2 milyon dollarla 19-cu, "Fənərbaxça" isə 1,9 milyon dollarla 21-ci pillədə yer alıb.
Azərbaycanı "50-lik" siyahısında təmsil edən klub olmasa da, Panama millisinin heyətində dünya çempionatında çıxış edən Roderik Millerə görə "Turan Tovuz" da FIFA-nın Klublara Faydalanma Proqramı çərçivəsində kompensasiya alacaq.
Qeyd edək ki, Tovuz təmsilçisinin FİFA-dan 150-200 min ABŞ dolları həcmində gəlir əldə edəcəyi gözlənilir.
Əlisahib İbrahimli