"Kəpəz" heyətini yeni futbolçu ilə gücləndirə bilər.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, Gəncə təmsilçisi "Şamaxı"nın futbolçusu Fuad Bayramovu transfer etmək niyyətindədir.
Ancaq 25 yaşlı oyunçunun transferi elə də asan olmayacaq. Çünki Bayramov "Zirə", "Səbail", "Sumqayıt" kimi klubların da diqqət mərkəzindədir.
Qeyd edək ki, Bayramov son mövsüm "Şamaxı"nın heyətində 36 oyunda meydana çıxıb, 4 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.
Xatırladaq ki, mövsüm başa çatdıqdan sonra “Kəpəz” Yusif Nəbiyev ("Səbail"), Fərid Nəbiyev, Salif Sisse, Mario Mustapiç və Orxan Sadıqlı ilə vidalaşıb.
Röya