15:12 09.08.2023 877

"Qismətdə varsa, alınacaq" - Rövlan niyə Macarıstan klubuna "yox" deyib?

Bu yay "Qəbələ"dən ayrılaraq "Sumqayıt"a qoşulan Rövlan Muradov Azərbaycan Premyer Liqasının ilk turunda qol vurdu. "Səbail"i 4:1 hesabı ilə yendikləri qarşılaşmada özünü yaxşı tərəfdən göstərən hücumçu ilə əlaqə saxlayıb ona bir neçə sual ünvanlamağı uyğun saydıq. 

Muradov Fanat.Az-a müsahibəsində həm Macarıstandan aldığı təklifi niyə dəyərləndirmədiyini açıqladı, həm də "Sumqayıt"dakı hədəflərindən danışdı.

- Çempionata 4-1 qələbə ilə başladınız. Bunu komandanızın avrokuboklara qatılmaq istəyinin göstəricisi saymaq olarmı? Ümumiyyətlə "Sumqayıt"ın gələn yay Avropa oynamaq şanslarını necə qiymətləndirirsiniz? 
- Məncə, Avropa barədə danışmaq tezdir. Daha çox çalışmalı, mübarizə aparmalıyıq. Baş məşqçimizin verdiyi tapşırıqları yerinə yetirməyə, hər oyunda ən yaxşısını etməyə çalışacağıq ki, xal və xallar qazanaq.

- Birinci oyunda qol vurdunuz. Bu mövsüm neçə qol sizin üçün qənaət bəxş hesab edilər? Bombardirlik yarışında iddianız varmı?
- Təbii, hər bir futbolçu istəyər ki, hər oyun qol və ya qollar vursun. Mən də əlimdən gələni edəcəm ki, komandaya xeyir verim. Ona görə də bütün qarşılaşmalarda bacardığımı ortaya qoyacam. Qismətdə varsa, alınacaq. Bu yolda mübarizəmi davam etdirəcəm. Əsas olan komanda şəklində mübarizə aparıb qələbə qazanmaqdır. Təbii, mənim qol vurmağımda komanda yoldaşlarımın  əməyi çoxdur. Yenə deyirəm, əlimdən gələni edəcəm ki, komandam qələbələr qazansın. 

- Səhv etmirəmsə, ölkə xaricindən təklif almışdınız.
- Bəli, təkliflər gəlmişdi. Aralarında Macarıstandan da real təklif var idi. Açığı, mənə ehtiyat qüvvə kimi baxdıqları üçün istəmədim. Daha çox şans qazanmaq, oynamaq fikrində idim.

- Son Azərbaycan Kubokunun qalibi olan "Qəbələ"ilə Konfrans Liqasında oynamaq əvəzinə, avrokuboka vəsiqə qazana bilməyən "Sumqayıt"a keçdiniz. Səbəb nə idi?

- Müqaviləmin müddəti iyun ayında bitirdi. Bir çox təkliflər var idi. Azərbaycandan da, xaricdən də... Düşündüm və mənə daha uyğun, daha rahat olanı seçdim. Eyni zamanda məndə olan məlumata görə də tək klub yox, baş məşqçinin də istəyi var idi. Məhz bu amillərə görə "Sumqayıt"ı seçdim. Burada olduğum üçün şadam.

Nahid Məmmədov

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

22 İyul 2026
10:48

"Çelsi" tarixinin ən bahalı transferini reallaşdırdı - Məbləğ

10:30

ÇL: 2-ci mərhələnin ilk oyunlarına yekun vurulur

10:09

Messi DÇ-2026-nın ən yaxşı oyunçusu seçildi

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

KL: "Neftçi" Belarus təmsilçisi ilə üz-üzə

09:00

"Sabah" qələbə qazandı, Azərbaycanın mövqeyi... - UEFA reytinqi

02:01

ÇL: "Fənərbağça"dan İstanbulda çətin qələbə

01:40

KL: "Dyor" səfərdə "coşdu"

21 İyul 2026
23:49

Pep Qvardiola İtaliya millisinin "sükanı arxası"na keçə bilər

23:11

"Arsenal" Qabriel Jesusun qiymətini 20 milyon funta endirdi

22:41

Valdas Dambrauskas "KuPS"la matçdan sonra belə danışdı

22:18

"Qalatasaray" Kristian Pulisiç ilə maraqlanır

21:57

ÇL: "Sabah" Finlandiya çempionunu "əliboş" yola saldı

21:16

Arda Gülər "Real Madrid"də start heyət uğrunda böyük savaşa girir

20:46

"Əl-Hilal" Bastoni üçün 70 milyon təklif edir

20:17

Məhəmməd Salahın meneceri "Beşiktaş" üçün İstanbula gəlir

19:42

"Qalatasaray"dan Musiala həmləsi: İcarə təklif edilib

19:12

Rodri "Real Madrid"ə keçməyə hazırdır

18:46

"Qalatasaray" Bruno Fernandes üçün 35 milyonluq təklif hazırlayır

18:30

Fransa millisinin yeni baş məşqçisi müəyyənləşib

18:14

Messi finaldan sonra Yamala nə deyib? - "Bu sözlər boynuma taxdığım qızıl medal qədər dəyərlidir"

17:56

"Zirə" növbəti transerini açıqladı - RƏSMİ

17:38

“Liv Bona Dea Arena”da ot örtüyü yenilənir - FOTOLAR

17:20

"Zirə" Estoniyadakı oyuna itkisiz çıxacaq

17:02

Argentinalı qolkiper millidən ayrılacağına işarə etdi - "Bu ağrını izah etmək çətindir"

16:43

Kalunqa "Kəpəz"in düşərgəsində olsa da...

16:25

"İmişli"də yeni təyinat - RƏSMİ

16:07

Klublarımızın sifariş verdiyi stadionlar bilindi - Siyahı

15:48

"Qalatasaray"da yeni müqavilə - Razılığa gəlindi

15:30

"Şəfa" klubu kanadalı futbolçunu heyətinə qatdı

15:20

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

15:12

Nuri Şahin "Fənərbağça" naminə "qolunu çırmaladı"

14:54

KL: 2-ci mərhələyə 3 oyunla start verilir

14:36

"İmişli" "Qarabağ"ın əvəzedicilərinə "5" verdi

14:18

Modriç yeni müqaviləyə hazırlaşır

14:00

"Qəbələ" nigeriyalı futbolçu ilə razılığa gəldi

13:42

Arif Əsədov "Sabah" - "KuPS" oyunu ilə bağlı iddialı proqnoz verdi

13:24

"Zirə" "Xəzər Lənkəran"la "İnter"in ənənəsini davam etdirə bilər

13:05

ÇSKA ilə AL matçına hazırlaşan "Qarabağ"ın heyəti ilə bağlı son vəziyyət bəlli oldu

12:47

"Beşiktaş"ın Trossard istəyi reallaşmadı

Facebookdan bizi izləməyi unutmayın.
X