12:50 20.08.2023 899

"Bu, karyeramda adət etdiyim bir şey deyil" - Pakistanlı futbolçu 

"Sumqayıt"ın pakistanlı legioneri İsa Suliman Premyer Liqanın 3-cü turunda "Qəbələ"ni məğlub etdikləri görüşdən sonra Fanat.Az-a müsahibə verib.

- İlk olaraq oyun barədə fikirlərini öyrənək...

- Çətin oyun oldu. Heç də yaxşı formamızda deyildik. Amma biz xarakter göstərərək istədiyimiz nəticəni əldə etdik.

- Formada olmadığını dedin. İstədiyin formada olmağın üçün təxminən neçə tur keçməsi lazımdır?

- Bunu zaman göstərəcək. Bunun üçün daha çox oyun keçirməyimiz lazımdır.

- Ölkəmizdə ilk qolunu vurdun...

- Vurduğum birinci qolla komandamın qələbə qazandığı üçün fəxr edirəm.

- Davamı gələ bilərmi? Ümumiyyətlə, standart vəziyyətlərdən fərqlənməyi xoşlayırsan?

- Açığı, mənim üçün əsas olan qol vurmaq yox, müdafiədə komandama kömək etməldir. Səmimi etiraf edim ki, peşəkar karyeramda ilk qolumudur. Adət etdiyim bir şey deyil (gülür).

- Sona yaxın bir epizodda topu boş qapıdan çıxardın. Vurduğun qolu, yoxsa komandanı qoldan xilas etməyi daha dəyərli hesab edirsən?

- Mənim üçün qol vurmaq daha fərəhlidir. Lakin əsas məqsədim müdafiədən oynamaqdır. Ən əsas olanı isə nəticə idi və onu da qazandıq.

- Bu gün matçın adamı olmağın ölkəmizə daha yaxşı adaptasiya olmağına nə kimi fayda verə bilər?

- Təbii ki, daha çox köməyi dəyəcək. Daha çox oyun, daha çox zaman lazımdır. Cəmi 1 aydır burdayam və 2 oyun keçirmişəm. Lakin oyunun qəhrəmanı olmasam belə, üzərimdə daha çox işləyirəm ki, proses tez keçsin.

- Premyer Liqanın səviyyəsi bura gələnə qədər düşündüyün kimidir, yoxsa gözlədiyindən daha yaxşı səviyyə ilə üz-üzəsən?

- Gələnə qədər o qədər də məlumatlı deyildim. Əslində də indi də çox məlumatlı sayılmaya bilərəm. Cəmi 2 oyun keçirmişəm. Amma yaxşı olduğunu deyə bilərəm. Müxtəlif ölkələrdən legionerlə var. Elə hücumçular var ki, mənə çətinlik yarada biləcəklər. Onlara qarşı oynamaqla təcrübə yığacam.

- Azərbaycanla bağlı ilkin təəssüratların necədir?

- Mən Sumqayıtda yaşayıram. Paytaxt Bakı da yaxın olduğu üçün gedib-gəlirəm. Fikirlərim çox müsbətdir.

- Azərbaycanda pakistanlılara xüsusi münasibət var. Bunu hiss edirsən?

- Bura gəlməmişdən əvvəl ölkələrimiz arasında yaxşı münasibətlərin olduğunu demişdilər. Müsəlman ölkəsidir və mən də bunu hiss edirəm. Azərbaycanlılar haqqında fikrim çox yaxşıdır.

Mirağa

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

22 İyul 2026
15:15

Meksikalı əfsanə karyerasını başa vurdu

14:57

"Neftçi" Çempionlar Liqasına qələbə ilə başladı

14:38

"Real"ın keçmiş "10 nömrə"si klubundan ayrıldı

14:20

"Bəlkə də hücumçuların günü deyildi" - Aslan Kərimov

14:02

Azərbaycan klubu Bulatoviçin razılığını aldı

13:44

"Neftçi"nin rəqibini BATE-nin azarkeşləri də dəstəkləyəcək

13:32

Bu gün baş tutacaq "Neftçi" - "Dinamo" matçına neçə bilet satıldığı bilindi

13:13

"Turan Tovuz" DÇ-dən qazanc əldə edəcək

12:55

Freddi Varqas Bakıya gəldi

12:37

"Neftçi" yeni veb saytını təqdim edir

12:19

Belçika millisi yola onunla davam edəcək

12:00

"Neftçi" Montenerqo təmsilçisi ilə üz-üzə

11:42

Əfsanəvi qolkiper karyerasını bitirdiyini açıqladı

11:24

Alvares "Barselona"ya getmək istəyir

11:23

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

11:06

"Beşiktaş" "Real"ın müdafiəçisi ilə razılığa gəldi - SON DURUM

10:48

"Çelsi" tarixinin ən bahalı transferini reallaşdırdı - Məbləğ

10:30

ÇL: 2-ci mərhələnin ilk oyunlarına yekun vurulur

10:09

Messi DÇ-2026-nın ən yaxşı oyunçusu seçildi

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

KL: "Neftçi" Belarus təmsilçisi ilə üz-üzə

09:00

"Sabah" qələbə qazandı, Azərbaycanın mövqeyi... - UEFA reytinqi

02:01

ÇL: "Fənərbağça"dan İstanbulda çətin qələbə

01:40

KL: "Dyor" səfərdə "coşdu"

21 İyul 2026
23:49

Pep Qvardiola İtaliya millisinin "sükanı arxası"na keçə bilər

23:11

"Arsenal" Qabriel Jesusun qiymətini 20 milyon funta endirdi

22:41

Valdas Dambrauskas "KuPS"la matçdan sonra belə danışdı

22:18

"Qalatasaray" Kristian Pulisiç ilə maraqlanır

21:57

ÇL: "Sabah" Finlandiya çempionunu "əliboş" yola saldı

21:16

Arda Gülər "Real Madrid"də start heyət uğrunda böyük savaşa girir

20:46

"Əl-Hilal" Bastoni üçün 70 milyon təklif edir

20:17

Məhəmməd Salahın meneceri "Beşiktaş" üçün İstanbula gəlir

19:42

"Qalatasaray"dan Musiala həmləsi: İcarə təklif edilib

19:12

Rodri "Real Madrid"ə keçməyə hazırdır

18:46

"Qalatasaray" Bruno Fernandes üçün 35 milyonluq təklif hazırlayır

18:30

Fransa millisinin yeni baş məşqçisi müəyyənləşib

18:14

Messi finaldan sonra Yamala nə deyib? - "Bu sözlər boynuma taxdığım qızıl medal qədər dəyərlidir"

17:56

"Zirə" növbəti transerini açıqladı - RƏSMİ

17:38

“Liv Bona Dea Arena”da ot örtüyü yenilənir - FOTOLAR

17:20

"Zirə" Estoniyadakı oyuna itkisiz çıxacaq

Facebookdan bizi izləməyi unutmayın.
X