14:05 22.09.2023 1911

"Qarabağ" qrupda ikinci yeri təmin etmiş sayıla bilər" - Aslan Kərimov

Dünən Avropa Liqasının qrup mərhələsində ilk oyununa çıxan "Qarabağ" Norveçin "Mölde" komandasını 1:0 hesabı ilə üstələməyi bacardı. Ağdam təmsilçisinin və Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi Aslan Kərimovla əlaqə saxlayıb Skandinaviya təmsilçisi ilə matçı dəyərləndirməsini istədik.

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"Daha çox topa sahib olmaq doğru düzgün seçilmiş bir strategiya idi. Bununla rəqib hücumlarının kəsərini aşağı saldılar. Nə qədər topa sahib oldularsa, "Mölde"ni də bir o qədər yordular. Uzun yol gəldikləri üçün topsuz oynamaq onlar üçün ağır idi. İlk 20 dəqiqədə hər iki komanda ehtiyatlı oynadı. "Mölde"nin də kəskin hücumlarının şahidi olduq. Qapçı Andrey Lunyovun dünənki nəticənin qazanılmasında əvəzsiz rolu var. Onun soyuqqanlı oyunu komandanın çıxışına yaxşı təsir göstərirdi. Adətən oyunçular qapıçını narahat, həyəcanlı görürlərsə, oynaya bilmirlər. Nə vaxt qolkiper inamlı olursa, bu, oyunçuların də çıxışına müsbət təsir edir. Hesab edirəm ki, "Qarabağ"ın müdafiə xəttinin bu cür oynaması qapıçı Lunyovun yaxşı performans göstərməsi ilə əlaqəlidir. "Mölde"nin hücumları zamanı rusiyalı qolkiperi inamlı oynayırdı. Təhlükəli məqamlardan biri də rəqib komandanın aut atışları və küncdən zərbələri idi. Müdafiəçilərimiz boşluqlar vermədilər. Bizim cinahlarda qərarlaşan futbolçularımız yaxşı performansla diqqət çəkdilər. "Qanadlar"da fəal görünənlərdən biri də Leandro Andrande idi ki, o da öz qolunu vurdu. Bu qələbədən sonra biz qrup ikinciliyi uğrunda mübarizədə böyük addım atmış olduq. Xüsusi bir şey baş verməsə, "Qarabağ" qrupda ikinci yeri təmin etmiş sayıla bilər. Düzdür, qarşıda oyunlar çoxdur, amma əsas rəqibimiz olan "Mölde"ni məğlub edib 3 xal almağı bacardıq. Norveç təmsilçisinə rəqib meydanında məğlub olsaq belə, ikinci yer uğrunda mübarizə bitməyəcək. Bu baxımdan hesab edirəm ki, ölkə futbolu tarixində ilk dəfə Avropa Liqasının qrupundan çıxmaq imkanımız yüksək görünür".

Nihat

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

26 İyun 2026
11:54

"Bu komanda buna layiq deyildi" - Türkiyə millisinin baş məşqçisi

11:33

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

11:19

Paraqvay - Avstraliya oyununun ən yaxşısı bilindi

10:51

Mərakeşdən ehtiyat edən Ronald Kuman Tunislə oyunda nəyə təəccüblənib?

10:30

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:12

DÇ-2026: Fransa ilə Norveç qrup liderliyi uğrunda duelə çıxır, Seneqal İraqa qarşı

09:48

Arda Güler ABŞ ilə oyunda mükafat aldı

09:25

Bakıda UFC həyəcanı: Döyüşçülər tərəziyə çıxır

09:00

Dünya çempionatları tarixində yeni rekord qeydə alındı

08:15

DÇ-2026: Türkiyə "qapını möhkəm çırpdı", Niderland inamlı qələbə qazandı

02:29

"Qarabağ"ın yeni transferindən ilk rəsmi açıqlama

01:57

DÇ-2026: Ekvador millisi Almaniyanı "yıxdı", Fil Dişi Sahilindən inamlı qələbə

00:47

172 milyon dollarlıq transfer rəsmiləşmək üzrədir

25 İyun 2026
23:50

Türkiyə millisinə ağır təhqir: "Gedin, qolf oynayın!"

22:42

Minayə Əkbərova Qazaxıstanda beynəlxalq turnirdə qızıl medal qazanıb

22:12

Dünya çempionatında Afrika möcüzəsi

21:43

"Mançester Yunayted" qapını təcrübəli qolkiperə tapşırır

21:20

"Komo"dan müdafiəyə gücləndirmə

20:42

Joze Mourinyudan "Real Madrid" rəhbərliyinə transfer tələbi

20:15

Morqan Rocers üçün "topçular" iş başında

19:37

"Qarabağ" yamaykalı vingerlə gücləndi

19:10

Dünya Kubokunda tarixi rekord

18:41

"Arsenal" Qabriel Jesus üçün qiyməti endirdi

18:14

"Arsenal" gənc ulduz üçün rəsmi təklif etdi

17:49

Bölgə təmsilçisi çempionluğa oynayacaq - Maaş büdcəsi bilindi

17:23

İngiltərə millisinin 2 ulduzu qrupdakı son oyunu buraxa bilər

17:04

Birinci Liqa təmsilçisi Türkiyəyə gedir

16:45

İspaniyanın məşhur klubu adını dəyişdi

16:27

"Bu komandanın xüsusi xarakteri var" - Xavyer Aqirre

16:09

"Səbail" 5 legioner transfer edəcək - "Çempionluq yolunda Mehdinin bizə çox köməyi dəyəcək"

15:51

Oyarsabal "Barselona"ya keçəcəyi ilə bağlı yayılan məlumatları təsdiqlədimi? - AÇIQLAMA

15:33

"Braziliya millisinin istədiyi oyunu onlara hədiyyə etdik" - Stiv Klark

15:15

“Dünya çempionatı üçün Azərbaycanın seçilməsi AFFA ilə FIFA arasında uğurlu əməkdaşlığın nümunəsidir” - Rövşən Nəcəf

15:06

"Dünya çempionu olmaq məqsədimizə inanmalıyıq" - Mərakeş seçməsinin baş məşqçisi

14:48

"Hisslərimi sözlə ifadə etməyə çətinlik çəkirəm" - CAR millisinin çalışdırıcısı

14:22

"Şamaxı"nın azərbaycanlı istedadı legioner həyatı yaşayacaq?

14:01

Seneqallı müdafiəçi daha bir il "Qəbələ"də - RƏSMİ

13:44

Vinisius: "Başla qol vurmağım üçün Ançelotti mənə hədiyyə vəd etmişdi"

13:25

"Araz-Naxçıvan" kapitanı ilə bağlı qərarını rəsmən açıqladı

13:07

"Bu səviyyədə çıxış edə biləcək daha çox oyunçuya sahib olmalıyıq"

Facebookdan bizi izləməyi unutmayın.
X