Avropa Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində dünən keçirilən "Molde" - "Qarabağ" oyununda (2:2) zədələnərək yerini Bədavi Hüseynova vermək məcburiyyətində qalan Kevin Medinanın vəziyyətinin nə yerdə olduğu futbolsevərləri maraqlandıran məqamlardandır.
Ağdam təmsilçisinin mətbuat xidmətinin rəhbəri Anar Hacıyevin kolumbiyalı mərkəz müdafiəçisinin aldığı xəsarət barədə Fanat.Az-a açıqlaması belə oldu:
"Hazırda Kevinin zədəsinin nə dərəcədə ciddi olduğu dəqiq bilinmir. Komanda artıq Bakıdadır. Medina bu gün günortadan sonra tibbi müayinədən keçəcək. MRT-nin cavabı isə sabah çıxacaq".
Xatırladaq ki, Norveç təmsilçisi ilə məhsuldar bərabərliyə razılaşan "Qarabağ" sona 1 tur qalmış H qrupunda 2-ci pillədəki yerini qoruyub.
Nihat