14:34 16.02.2024 1107

\"Braqa\"nın həvəsi, \"Qarabağ\"ın şikəstəsi 

Qarşıda hələ bir duel də var... İndi Portuqaliyada ən yeni tarix yazan "Qarabağ" göstərdiyi qəhrəmanlığın ardını gətirməli, daha parlaq uğur naminə adının hər hərfindən təhlükə boylanan "Braqa"nın işini Bakıda bitirməlidir. Burası bəlli, Qurban Qurbanovun komandasını arxayınlaşmağa qoymayacağına kim şübhə edir ki? Amma cütün taleyi bir yox, iki matçın nəticəsinə əsasən həll olunursa, deməli, bu gün "döyüşün birinci raundundan" - Joau Moutinyu və komanda yoldaşlarının azərbaycanlılar tərəfindən "kötəkləndiyi" qarşılaşmadan danışmalıyıq. 

Yaxşı incələnmiş rəqib 

Oyundan öncə meydan sahiblərinin favorit sayılmasında qeyri-adi nəsə axtarmağa dəyməzdi. Tarixində ilk dəfə Avropa Liqasının pley-off mərhələsində mübarizə aparacaq ağdamlılar Kriştianu Ronaldunun vətənində büdcə baxımından özündən qat-qat üstün, adlı-sanlı "Braqa" ilə qarşılaşacaqdı. Əlbəttə, rəqibin müdafiə xəttində müəyyən boşluqlar olduğunu Qurbanov futbolçularına öncədən çatdırmışdı və matçın gedişində azərbaycanlı mütəxəssisin eyniadlı şəhərin təmsilçisini nə dərəcədə mükəmməl incələdiyini hamılıqla gördük.  "Arxiyepiskoplar"ın çalışdırıcısı Artur Jorjenin isə təmsilçimizin zəif və güclü cəhətlərini lazımınca təhlil edə bilmədiyi qabardılmalıdır. Yəni "Munisipal"dakı görüşə daha yaxşı hazırlaşmağı bacaran tərəf yekunda 4:2 hesablı zəfərə sevindi. Bir qədər obrazlı yanaşsaq, Qurbanov uğurlu nəticəyə aparacaq cığırı düzgün müəyyənləşdirmiş, Jorjenin və yerli azarkeşlərin gözləmədiyi qədər cəsarətli olmağın işə yarayacağına şəxsən inanmışdı. 

Ənənəvi düzüm və inanılmaz sağ cinah 

Zədəli Kevin Medinanın yoxluğunda Bədavi Hüseynovun müdafiənin mərkəzində işinin öhdəsindən necə gələcəyi beyinlərdə tərəddüdlər yaradan əsas məqamlardan biri idi. Meydana ənənəvi 4-3-3 düzümü ilə çıxan ağdamlıların ilk 15-20 dəqiqədəki təzyiqin öhdəsindən necə gələcəyi də həmçinin... Rəqibin hücumlarını öz cərimə meydançasından mümkün qədər uzaqda qarşılamağı hədəfləyən Azərbaycan komandasının bu planı effekt verdisə, müdafiədən hücuma artıq hərəkətlərə yol vermədən çıxmaq və sürətli vingerlərin sayəsində "Braqa"nın müdafiəsini "silkələmək" hədəfi hədəf olaraq qalmadı. Həm Bədavi karyerasının ən yaxşı oyunlarından birini keçirdi, həm də "sehrli çubuq" - Abdullah Zubir fərdi keyfiyyətin nə demək olduğunu növbəti dəfə isbatladı. 

Hə, "Qarabağ" komanda şəklində inamlı təsir bağışlayaraq istəyinə çatdı. Futbol kollektiv oyundursa, istənilən matçın nəticəsini komanda müəyyənləşdirir. Lakin ayrı-ayrı oyunçuların performansını dəyərləndirsək, sağ cinahın benefisi üzərində dayanmalıyıq. Ən kritik anlarda səhnəyə çıxan, istər müdafiə, istərsə də hücum planında adından söz etdirən Elvin Cəfərquliyevin və onun önündə qərarlaşan Zubirin çıxışı bir başqa zövq mənbəyi idi. İkinci yarının əvvəlində Alvaro Calonun fərqlənməsinə imkan verməyən ("Braqa" həmin vaxt 1:1 olan hesabı dəyişsəydi, həm də psixoloji üstünlük rəqibin tərəfinə keçəcəkdi) Elvin 21-ci dəqiqədə penalti qazanmış, dəfələrlə kəsərli hücumların qurulmasına yardımçı olmuşdu. Zubirə gəlincə, 2 qol vuran və Juninyonun rəqib qapısına yol tapmasına məhsuldar ötürmə ilə yadda qalan cinah hücumçusu dünən özünün ən yaxşı versiyası idi... 

VAR varsa... 

Təbii, qələbəni sərgilədiyi futbol, apardığı mübarizə ilə haqq edən, "Braqa"nı oyun planında üstələyərək məğlubiyyətə uğradan ağdamlıların azarkeşlərini necə qürurlandırdığını sözlə ifadə etmək asan iş deyil. Dünən VAR-ın meydanın güclüsünə yardımçı olması isə faktdır. Yəqin ki, bu sistem tətbiq edilməsəydi, qitəmiqyaslı turnirlərdə haqqı hakimlər tərəfindən dəfələrlə yeyilən "köhlən atlar" evə 2:2 hesablı bərabərliklə dönəcəkdi. Xoşbəxtlikdən danimarkalı referi Morten Kroq qonaqların vurduğu qolların ikisini VAR-ın varlığı hesabına qeydə aldı. 

Son söz əvəzi 

İkinci oyun qarşıdadırsa, yazını son sözlə bitirmək tələskənlik, hətta bir qədər qeyri-peşəkarlıq sayılar. Bizə ikinci matçı səbirsizliklə gözləmək və yalnız özünün yox, həm də ölkə futbolunun boyundan yuxarı tullanan "Qarabağ"ın yarısından çoxunu bitirdiyi işi necə tamamlayacağını izləmək qalır. 

Yazı ETOPAZ-ın dəstəyi ilə hazırlanıb.

Fanat.Az

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

26 İyun 2026
01:57

DÇ-2026: Ekvador millisi Almaniyanı "yıxdı", Fildişi Sahilindən inamlı qələbə

00:47

172 milyon dollarlıq transfer rəsmiləşmək üzrədir

25 İyun 2026
23:50

Türkiyə millisinə ağır təhqir: "Gedin, qolf oynayın!"

22:42

Minayə Əkbərova Qazaxıstanda beynəlxalq turnirdə qızıl medal qazanıb

22:12

Dünya çempionatında Afrika möcüzəsi

21:43

"Mançester Yunayted" qapını təcrübəli qolkiperə tapşırır

21:20

"Komo"dan müdafiəyə gücləndirmə

20:42

Joze Mourinyudan "Real Madrid" rəhbərliyinə transfer tələbi

20:15

Morqan Rocers üçün "topçular" iş başında

19:37

"Qarabağ" yamaykalı vingerlə gücləndi

19:10

Dünya Kubokunda tarixi rekord

18:41

"Arsenal" Qabriel Jesus üçün qiyməti endirdi

18:14

"Arsenal" gənc ulduz üçün rəsmi təklif etdi

17:49

Bölgə təmsilçisi çempionluğa oynayacaq - Maaş büdcəsi bilindi

17:23

İngiltərə millisinin 2 ulduzu qrupdakı son oyunu buraxa bilər

17:04

Birinci Liqa təmsilçisi Türkiyəyə gedir

16:45

İspaniyanın məşhur klubu adını dəyişdi

16:27

"Bu komandanın xüsusi xarakteri var" - Xavyer Aqirre

16:09

"Səbail" 5 legioner transfer edəcək - "Çempionluq yolunda Mehdinin bizə çox köməyi dəyəcək"

15:51

Oyarsabal "Barselona"ya keçəcəyi ilə bağlı yayılan məlumatları təsdiqlədimi? - AÇIQLAMA

15:33

"Braziliya millisinin istədiyi oyunu onlara hədiyyə etdik" - Stiv Klark

15:15

“Dünya çempionatı üçün Azərbaycanın seçilməsi AFFA ilə FIFA arasında uğurlu əməkdaşlığın nümunəsidir” - Rövşən Nəcəf

15:06

"Dünya çempionu olmaq məqsədimizə inanmalıyıq" - Mərakeş seçməsinin baş məşqçisi

14:48

"Hisslərimi sözlə ifadə etməyə çətinlik çəkirəm" - CAR millisinin çalışdırıcısı

14:30

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

14:22

"Şamaxı"nın azərbaycanlı istedadı legioner həyatı yaşayacaq?

14:01

Seneqallı müdafiəçi daha bir il "Qəbələ"də - RƏSMİ

13:44

Vinisius: "Başla qol vurmağım üçün Ançelotti mənə hədiyyə vəd etmişdi"

13:25

"Araz-Naxçıvan" kapitanı ilə bağlı qərarını rəsmən açıqladı

13:07

"Bu səviyyədə çıxış edə biləcək daha çox oyunçuya sahib olmalıyıq"

12:48

Çexiya - Meksika matçının ən yaxşı oyunçusu bilindi

12:30

Millimizin rəqibi 2 yoldaşlıq oyunu keçirəcək

12:12

"Zirə"dən ayrılan yarımmüdafiəçi "Araz-Naxçıvan"da - RƏSMİ

11:53

Cənubi Koreyanın baş məşqçisi CAR-a məğlubiyyətə görə məsuliyyət daşıyan şəxsin adını açıqladı

11:27

Ançelotti Şotlandiya ilə oyundakı darmadağın barədə nə danışdı?

11:09

Mehdi Cənnətovun yeni klubu bilindi - RƏSMİ

10:51

FİFA daha bir dünya çempionatının evsahibliyini Azərbaycana verdi

10:30

Bir qol və bir məhsuldar ötürmə ilə diqqət çəkdi, matçın ən yaxşı oyunçusu oldu

10:07

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:48

DÇ-2026: E qrupunda 3-cü turun son oyunları başlayır, Almaniya növbəti sınağına çıxır

Facebookdan bizi izləməyi unutmayın.
X