14:34 16.02.2024 1135

"Braqa"nın həvəsi, "Qarabağ"ın şikəstəsi 

Qarşıda hələ bir duel də var... İndi Portuqaliyada ən yeni tarix yazan "Qarabağ" göstərdiyi qəhrəmanlığın ardını gətirməli, daha parlaq uğur naminə adının hər hərfindən təhlükə boylanan "Braqa"nın işini Bakıda bitirməlidir. Burası bəlli, Qurban Qurbanovun komandasını arxayınlaşmağa qoymayacağına kim şübhə edir ki? Amma cütün taleyi bir yox, iki matçın nəticəsinə əsasən həll olunursa, deməli, bu gün "döyüşün birinci raundundan" - Joau Moutinyu və komanda yoldaşlarının azərbaycanlılar tərəfindən "kötəkləndiyi" qarşılaşmadan danışmalıyıq. 

Yaxşı incələnmiş rəqib 

Oyundan öncə meydan sahiblərinin favorit sayılmasında qeyri-adi nəsə axtarmağa dəyməzdi. Tarixində ilk dəfə Avropa Liqasının pley-off mərhələsində mübarizə aparacaq ağdamlılar Kriştianu Ronaldunun vətənində büdcə baxımından özündən qat-qat üstün, adlı-sanlı "Braqa" ilə qarşılaşacaqdı. Əlbəttə, rəqibin müdafiə xəttində müəyyən boşluqlar olduğunu Qurbanov futbolçularına öncədən çatdırmışdı və matçın gedişində azərbaycanlı mütəxəssisin eyniadlı şəhərin təmsilçisini nə dərəcədə mükəmməl incələdiyini hamılıqla gördük.  "Arxiyepiskoplar"ın çalışdırıcısı Artur Jorjenin isə təmsilçimizin zəif və güclü cəhətlərini lazımınca təhlil edə bilmədiyi qabardılmalıdır. Yəni "Munisipal"dakı görüşə daha yaxşı hazırlaşmağı bacaran tərəf yekunda 4:2 hesablı zəfərə sevindi. Bir qədər obrazlı yanaşsaq, Qurbanov uğurlu nəticəyə aparacaq cığırı düzgün müəyyənləşdirmiş, Jorjenin və yerli azarkeşlərin gözləmədiyi qədər cəsarətli olmağın işə yarayacağına şəxsən inanmışdı. 

Ənənəvi düzüm və inanılmaz sağ cinah 

Zədəli Kevin Medinanın yoxluğunda Bədavi Hüseynovun müdafiənin mərkəzində işinin öhdəsindən necə gələcəyi beyinlərdə tərəddüdlər yaradan əsas məqamlardan biri idi. Meydana ənənəvi 4-3-3 düzümü ilə çıxan ağdamlıların ilk 15-20 dəqiqədəki təzyiqin öhdəsindən necə gələcəyi də həmçinin... Rəqibin hücumlarını öz cərimə meydançasından mümkün qədər uzaqda qarşılamağı hədəfləyən Azərbaycan komandasının bu planı effekt verdisə, müdafiədən hücuma artıq hərəkətlərə yol vermədən çıxmaq və sürətli vingerlərin sayəsində "Braqa"nın müdafiəsini "silkələmək" hədəfi hədəf olaraq qalmadı. Həm Bədavi karyerasının ən yaxşı oyunlarından birini keçirdi, həm də "sehrli çubuq" - Abdullah Zubir fərdi keyfiyyətin nə demək olduğunu növbəti dəfə isbatladı. 

Hə, "Qarabağ" komanda şəklində inamlı təsir bağışlayaraq istəyinə çatdı. Futbol kollektiv oyundursa, istənilən matçın nəticəsini komanda müəyyənləşdirir. Lakin ayrı-ayrı oyunçuların performansını dəyərləndirsək, sağ cinahın benefisi üzərində dayanmalıyıq. Ən kritik anlarda səhnəyə çıxan, istər müdafiə, istərsə də hücum planında adından söz etdirən Elvin Cəfərquliyevin və onun önündə qərarlaşan Zubirin çıxışı bir başqa zövq mənbəyi idi. İkinci yarının əvvəlində Alvaro Calonun fərqlənməsinə imkan verməyən ("Braqa" həmin vaxt 1:1 olan hesabı dəyişsəydi, həm də psixoloji üstünlük rəqibin tərəfinə keçəcəkdi) Elvin 21-ci dəqiqədə penalti qazanmış, dəfələrlə kəsərli hücumların qurulmasına yardımçı olmuşdu. Zubirə gəlincə, 2 qol vuran və Juninyonun rəqib qapısına yol tapmasına məhsuldar ötürmə ilə yadda qalan cinah hücumçusu dünən özünün ən yaxşı versiyası idi... 

VAR varsa... 

Təbii, qələbəni sərgilədiyi futbol, apardığı mübarizə ilə haqq edən, "Braqa"nı oyun planında üstələyərək məğlubiyyətə uğradan ağdamlıların azarkeşlərini necə qürurlandırdığını sözlə ifadə etmək asan iş deyil. Dünən VAR-ın meydanın güclüsünə yardımçı olması isə faktdır. Yəqin ki, bu sistem tətbiq edilməsəydi, qitəmiqyaslı turnirlərdə haqqı hakimlər tərəfindən dəfələrlə yeyilən "köhlən atlar" evə 2:2 hesablı bərabərliklə dönəcəkdi. Xoşbəxtlikdən danimarkalı referi Morten Kroq qonaqların vurduğu qolların ikisini VAR-ın varlığı hesabına qeydə aldı. 

Son söz əvəzi 

İkinci oyun qarşıdadırsa, yazını son sözlə bitirmək tələskənlik, hətta bir qədər qeyri-peşəkarlıq sayılar. Bizə ikinci matçı səbirsizliklə gözləmək və yalnız özünün yox, həm də ölkə futbolunun boyundan yuxarı tullanan "Qarabağ"ın yarısından çoxunu bitirdiyi işi necə tamamlayacağını izləmək qalır. 

Yazı ETOPAZ-ın dəstəyi ilə hazırlanıb.

Fanat.Az

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

16 Avqust 2026
23:42

Rəşad Sadıqov "Şəfa" üzərində qələbədən sonra nə danışdı?

23:37

Zaur Həşimov məğlubiyyət və “Şəfa”nın gələcək planlarından danışdı

23:12

"Sumqayıt"ın baş məşqçisi məğlubiyyətdən sonra belə danışdı

22:57

MPL: "Neftçi" mövsümə qələbə ilə başladı, "Zirə" "Şəfa"ya aman vermədi

22:30

"Daha çox qol vura bilərdik" - Yuri Vernidub

22:16

PSJ yapon qapıçıdan imtina etdi

21:31

Komandası məğlub oldu, Mahir isə...

21:17

"Siti" Entso Fernandes üçün hərəkətə keçdi

20:31

Aaron Maluda "Barselona"ya qol vurdu

20:17

"Yuventus"dan Martines üçün yeni təklif

19:56

22 milyona alıb 25 milyona satırlar

19:17

"Arsenal" Viktor Osimhen üçün hərəkətə keçdi

18:51

"Real Madrid" 19 yaşlı istedadı istəyir

18:20

Azərbaycanda BCF-nin 150-ci məşqçilik proqramının iştirakçılarına sertifikatlar verilib

17:51

"Yuventus" Lunini istəsə də...

17:08

Duqlass dünya rekordunu yenilədi

16:42

Şose velosipedi üzrə Azərbaycan Kubokunda qaliblər müəyyənləşdi

16:09

"Sabah"ın rəqibi ikinci heyətlə oynayıb darmadağın oldu

15:43

"İnter" ingiltərəli futbolçunu rənglərinə bağladı

15:12

"Neftçi" yeni transferini açıqladı - RƏSMİ

14:40

AFFA-nın baş katibi "Sabahın Ulduzları" Bakı Kubokunun oyununu izlədi

14:13

Azərbaycanın stolüstü tennisçiləri Yaponiyada 4 medal qazandılar

13:51

"Vest Hem" transfer rekordunu yenilədi

13:05

Musiala qol vurduqdan sonra huşunu itirdi

12:49

Zubir "Qarabağ"dan getdi - RƏSMİ

12:18

"Hamımız bu məğlubiyyətdən dərs çıxarmalıyıq" - İsmayıl Kartal

11:44

"Bu, müharibədir, oyun deyil" - Rekorda imza atan İslam rəqibini anlamır

11:19

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

10:41

İslam Maxaçev Qerrini yenərək titulunu qorudu

10:12

PSJ "Ayaks"ın vingerini heyətinə cəlb etdi - RƏSMİ

09:37

MPL: "Sumqayıt" "Neftçi"ni, "Zirə" debütantı qəbul edir

09:00

Günün oyunları bu kanallarda - AFİŞA

01:43

Super Liqa: "Fənərbağça" "Gənclərbirliyi"nə məğlub oldu

01:13

Toral Bayramov ikinci hissədə oyuna girdi, "Bursaspor" 3 xalı qazandı

00:44

Valdas Dambrauskas "Kəpəz"lə matçdan sonra nə danışdı?

00:17

"İnanıram ki, xallar qazanacağıq" - Azər Məmmədov

15 Avqust 2026
23:39

"Qələbənin bizim haqqımız olduğunu demək ədalətsizlik olar" - Fərid Namazov

23:22

"Futbolçularımın mübarizə əzmindən razı qaldım" - Cavid Hüseynov

23:12

"Seltik" darmadağına sevindi, Kamilo Duran isə...

22:59

Anatoli Nuriyevin qolu "Kişvarda"nı xilas etmədi

Facebookdan bizi izləməyi unutmayın.
X