"Qarabağ"ın yarımmüdafiəçisi Yassin Benzia UEFA Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyunlarından sonra "Sofa Score" tərəfindən tərtib edilən rəmzi komandada yer alıb.
Fanat.Az xəbər verir ki, Ağdam təmsilçisinin "Bayer Leverkuzen"ə qarşı dünən Bakıda keçirdiyi matçda (2:2) qollardan birinin müəllifi olan Benzianın çıxışı 8 balla qiymətləndirilib.
Rəmzi "11-lik" belədir:
Qapıçı: Noa Atubolu ("Frayburq")
Müdafiəçilər: Ndiçka, Şansel Mbemba ("Olimpik Marsel"), Canluka Mançini ("Roma")
Yarımmüdafiəçilər: Yassin Benzia ("Qarabağ"), Stefan El-Şaaravi ("Roma"), Aleksis Makallister ("Liverpul"), Anxel Di Mariya ("Benfika")
Hücumçu: Pyer-Emerik Obameyanq ("Olimpik Marsel"), Canluka Skamakka ("Atalanta"), Darvin Nunyes ("Liverpul")
Qeyd edək ki, "Tofiq Bəhramov"dakı oyunda qələbəni uzatma dəqiqlərində əldən verən "Qarabağ" "Bayer"lə cavab qarşılaşmasına martın 14-də Leverkuzendə çıxacaq.