Misli Premyer Liqasının 27-ci turunda "Səbail" səfərdə "Neftçi" ilə qarşılaşacaq. "Dənizçilər" görüşə itkilərlə çıxacaq.
Bunu Fanat.Az-a açıqlamasında Səbail təmsilçisinin sözçüsü Rəşad Məmmədov deyib:
"Cəzalı oyunçu yoxdur. Zədəli isə uzun müddət komandaya kömək etməyəcəyi öncədən bilinən Ağabala Ramazanov və David Qomisdir".
Qeyd edək ki, cümə günü reallaşacaq "Neftçi "- "Səbail" qarşılaşması 19:00-da start götürəcək.
Nahid Ustaclı