"Sumqayıt" futbolçusu Ayxan Süleymanlı ilə müqavilə yeniləyib.
Fanat.Az "kimyaçılar"ın mətbuat xidmətinə istinadən xəbər verir ki, 20 yaşlı müdafiəçi 3+1 illik anlaşmaya qol çəkib.
Qeyd edək ki, 2022-ci ildən "gənclik şəhəri" təmsilçisinin uğurları üçün çalışan Ayxan indiyədək elitada 16 matça çıxıb. Onun "Sumqayıt"la əvvəlki müqaviləsinin müddəti mövsümün sonunda başa çatacaqdı.