"Neftçi” klubunun baş icraçı direktoru Fərrux Mahmudov veteran futbolçu Mirbağır İsayevi 50 illik yubileyi münasibətilə təbrik edib.
Fanat.Az xəbər verir ki, yubilyara ən xoş arzularını çatdıran klub rəhbəri ona xatirə hədiyyəsi təqdim edib.
Qeyd edək ki, 1993-1995-ci illərdə “Neftçi”də çıxış etmiş İsayev “ağ-qaralar”la Azərbaycan kubokunun (1995) və Superkubokunun (1995) qalibi olub. Təcrübəli mütəxəssis "Neftçi"nin əsas komandasında məşqçi, akademiyada isə baş məşqçi kimi də çalışıb.
Yubilyarı hazırda çalışdığı "Səbail" klubu da təbrik edib.
Mirbağır İsayev hazırda Bayıl klubunun Futbol Akademiyasının koordinator vəzifəsində çalışır.