21:37 15.03.2024 740

“Qarabağ” bir mövsüm ərzində Avropada iki böyük tarix yazdı” - Sərxan Hacıyev

“Səfərin məqsədi "Kəpəz" Futbol Klubunun ərazisində yerləşən baza ilə tanış olmaqdır. Bu baza AFFA, FIFA və UEFA-nın dəstəyi ilə tikilib. Bura Azərbaycanda ən böyük futbol bazasıdır. Tam olaraq fəaliyyətə başlayandan sonra bura Azərbaycan futboluna öz müsbət töhfəsini verəcək. Ərazidə bazadan əlavə iki təbii, bir süni örtüklü məşq meydançası inşa olunub. Bunlardan əlavə son illərdə Gəncə şəhərində iki 42x22 ölçülü minifutbol meydançası salınıb. AFFA hər zaman çalışır ki, Azərbaycanın müxtəlif bölgələrində infrastruktur layihələri keçirsin və hər regiona bərabər şəkildə yanaşma olsun”.

Fanat.Az xəbər verir ki, bunu AFFA-nın baş katibi Sərxan Hacıyev "Kəpəz"in yeni akademiyası və məşq mərkəzinə təşkil olunan media tur zamanı jurnalistlərə açıqlamasında deyib.

- Artıq qərb bölgəsində iki akademiya fəaliyyət göstərir. Biri Tovuzda, digəri isə Gəncədə. Növbəti dayanacaq hansı regionda olacaq?
- Hazırda konkret dayanacağı deyə bilmirik. Lakin əminliklə deyə bilərəm ki, layihə növbəti illərdə digər bölgələri də əhatə edəcək.

- Bir neçə dəfə çıxışlarınızda oyun alqı-satqısı ilə bağlı fikirlər səsləndirmisiz. Həmin şəxslər nə vaxt layiqli cəzalarını alacaq?
- Bəli, bu məsələ bir neçə dəfə mənim tərəfimdən qeyd olunub. Bir daha bunu təsdiq edirəm. Təəssüflər olsun ki, bu məsələ var. Hazırda tamamlama işləri gedir. Yaxın günlərdə AFFA-nın aidiyyəti komitəsi tərəfindən müəyyən qərarlar veriləcək. Əlbəttə ki, ictimaiyyətə açıqlanacaq.

- Bu siyahıda Premyer Liqa klubları da var?
- Xeyr. Yalnız I və II Liqada müəyyən xoşagəlməz hallar var.

- Aprelin 2-si AFFA-da prezident seçkiləri keçiriləcək. Yeni komandada təmsil olunacaqsız?
- Baş katibin təyinatı prezidentin tövsiyyəsi və İcraiyyə Komitəsinin qərarından asılıdır. Hazırda bununla bağlı bir söz demək çətindir.

- "Qarabağ"ın "Bayer"lə oyunundan sonra hansı hissləri keçirdiniz?
- Əminəm ki, hər bir Azərbaycan vətəndaşı bu hissləri keçirdi. Dünən yaşadıqlarımızı sözlə ifadə etmək mümkün deyil. "Qarabağ" bir mövsüm ərzində Avropada iki böyük tarix yazdı. Fürsətdən istifadə edərək "Qarabağ" kubunu bizə yaşatdığı xoş hisslərə görə təbrik edirəm. Dünənki matç rəqibi də nəzərə alaraq qalibiyyətə bərabər oyun idi. Düşünürəm ki, "Qarabağ" hər birimiz üçün qalibdir.

- Elxan Məmmədov AFFA-nın baş katibi olan dönəmdə İsmayıllı rayonunda iki minifutbol meydançası inşa olunmalı idi. Bunlardan biri tikildi, digərindən isə xəbər yoxdur. Həmin meydanda yaxın müddətdə salınacaq?
- Bəli. Həmin müddətdə AFFA-nın belə bir layihə var idi. Meydançanın salınması planda nəzərdə tutulmuşdu. AFFA həm Bakıda, həm regionlarda 42x22 ölçülü meydançalar salırdı. Sonradan müəyyən daxili məsələləri nəzərə alaraq həmin layihə müvəqqəti olaraq dayandırıldı. Hazırda nə vaxt olacağını demək çətindir. Əlbəttə ki, ümid var. Çünki, bu layihənin müsbət tərəfləri az deyil. Layihəni yenidən bərpa etmək üçün ümidlər var. Sadəcə bir az zaman lazımdır.

- Premyer Liqada komanda sayının artırılması gündəmdə var? Bu mövsüm sonuncu yeri tutan komanda aşağı liqaya düşəcək?
- Bəli. Sonuncu yeri tutan komanda Premyer Liqanı tərk edəcək. İdman prinsipləri mütləq şəkildə qorunacaq. I Liqada qalib olan komanda da Premyer Liqaya vəsiqə qazanacaq. Lakin növbəti mövsüm üçün komanda sayının artırılması bu gün üçün müzakirə mövzusu deyil.

- Millinin baş məşqçisi postuna yerli, yoxsa əcnəbi mütəxəssis axtarılır?
- Bu sualı cavablandırmaq üçün bir az zamana ehtiyac var. Baş məşqçi seçimi ilə bağlı İşçi Qrupu yaradılmışdı. Orada müəyyən fikir mübadilələri aparılırdı. İşçi Qrupunda konkret olaraq yerli və ya əcnəbi məşqçi olsun fikirləri səsləndirilməmişdi. Ümumi olaraq baş məşqçinin hansı kriteriyalara cavab verməsi yönündə müzakirələr gedir.

- Mətbuatda belə fikirlər var ki, AFFA-nın yeni prezidenti "Neftçi"nin Müşahidə Şurasının rəhbəri Rövşən Nəcəf olacaq. Bu barədə ictimaiyyətə nə deyə bilərsiniz?
- Hazırda bununla bağlı rəsmi məlumat yoxdur. AFFA-nın nizamnaməsinə uyğun olaraq müəyyən prosedurlar aparılır. Bu prosedurların məxfiliyini qorumalıyıq.

- Namizədlər var?
- Rəsmi qaydada AFFA-ya müraciət edən yoxdur. Nizamnaməyə görə konfransa 10 gün qalmışa kimi müraciətlər AFFA-nın katibliyinə daxil olmalıdır. Hələ ki, vaxt var.

- İndiki reallığa əsasən Premyer Liqanı tərk etməyə ən real namizəd "Qəbələ"dir. Ən böyük infrastruktura malik olan klubun aşağı liqaya düşməsi ölkə futboluna necə təsir edəcək?
- Komanda I Liqaya düşsə, dövlət tərəfindən ayrılan vəsaitin həcmi azalacaq. Lakin hazırda konkret olaraq bu barədə söz demək çətindir. Yalnız zamanla bu məsələyə aydınlıq gələ bilər.

- Yeni qanunla vergilərin 20 faiz qalxması klublara mənfi təsir edir. Növbəti mövsümdə klublara dövlət tərəfindən ayrılan vəsaitin həcmi artırıla bilər?
- Bu da klubların sayının artırılması kimi bir məsələdir. Hazırda gündəmdə deyil. 

- Futbol sahəsində vergi güzəştlərinin edilməsi təklifi oluna bilər?
- Hazırda müzakirə olunmur.

- Bir müddət əvvəl "Rabitəbank"la AFFA arasında əməkdaşlıq müqaviləsi imzalandı. Buna əsasən hakimlərin formasının üzərində bankın adı yazılmalı idi. Bu, nə vaxt olacaq?
- Ən yaxın həftələrdən başlamalıdır.

- Müqavilənin müddəti nə qədərdir?
- Müqavilənin şərtlərini indi açıqlaya bilmərik. Müddəti 2025/2026 mövsümünün sonuna qədərdir.

- Klublar hakimliklə bağlı məsələləri tez-tez gündəmə gətirir. Baş katib olaraq sizin hakimliyə münasibətiniz necədir?
- Müəyyən müsbət məqamlar var. Bir çox oyunlarda görürük ki, VAR-ın müdaxiləsindən sonra düzgün qərarlar verilir. Hərdən səhv qərarlar da olur. Hakimlər Komitəsi ilə birlikdə çalışırıq ki, hər səhvin üzərində iş aparılsın. Ümumiyyətlə istəyirik ki, daha böyük fikir gənc hakimlərə yönəlsin. Yaxın gələcəkdə hakimlər üçün yeni akademiyanın açılmasına çalışırıq. Belə bir plan var.

- Hakimlər Komitəsinin sədri Barış Şimşəkin müqaviləsi yayda bitir. Onun sözləşməsini uzatmaq fikriniz var?
- Hazırda bu məsələ gündəmdə deyil.

Nahid Ustaclı

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

11 May 2024
18:57

MPL: "Turan Tovuz" səfərdə qalib gəldi, "Zirə" "Qarabağ"a qarşı - YENİLƏNİR 

18:45

A Seriyasında ayrılıq qərarı - "Sona 3 tur qalmış başa düşdüm"

17:55

Azərbaycan cüdoçuları Polşada bürünc medal qazanıblar

17:28

Rahil Məmmədov oynadı,  komandası...

17:00

"Neftçi" ilə matça çox vacib oyunçular olmadan çıxmışdıq" - "Kəpəz"in qapıçısı

16:11

İtaliyada ayın ən yaxşısı bilindi

15:30

"Hakimlər qələbəmizi əlimizdən aldılar" - Rüstəm Məmmədov

14:58

"Fənərbağça"nın qoleadoru tarixə düşəcək - Bu təklifə "hə" desə

14:22

“Böyük Dəbilqə”: Azərbaycan cüdoçusu yarımfinala yüksəldi

14:01

"Panathinaikos" Fateh Terimi göndərib bu türk məşqçini gətirir

13:32

Ozan Can mövsümü qolla başa vurdu

13:00

Həbib Nurməhəmmədovun 300 milyon borcu üzə çıxdı

12:25

Polşalı hakim AÇ-nin açılış oyunundan uzaqlaşdırıldı - ÇL-dəki səhvə görə

11:56

"Böyük Dəbilqə": Azərbaycanın daha 4 cüdoçusu mübarizəyə qoşulacaq

11:22

İcraiyyə Komitəsinin iclasının vaxtı və gündəliyi bilindi

11:09

Konfrans Liqasının finalı Macarıstanda keçirilə bilər - SON DURUM 

10:45

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

10:21

"Real" üçün bu oyunda çempionluq dəhlizi açılacaq, amma... 

09:56

Azərbaycan taekvondoçusu AÇ-də bürünc medal qazandı

09:00

Mbappe PSJ-dən gedişini şəxsən elan etdi

10 May 2024
22:10

“İlk qoldan sonra “Neftçi”yə layiq tərzdə oynadıq”

21:45

Adil Şükürov "Neftçi"yə məğlubiyyəti şərh etdi

20:52

MPL: "Neftçi" "Kəpəz"ə rəhm etmədi 

20:28

"Amma bu, "Real"dır axı" - Tyerri Anri

19:42

"Real Madrid" Çempionlar Liqasını qazansa, "Borussiya"ya pul ödəyəcək

19:25

Mate Kvirkviya mükafatlandırıldı

19:00

"Barselona" bu iki oyunçu arasında seçim edəcək

18:20

Mourinyu peşmandır: "Belə fürsət olsa, qaçırmayacam"

17:50

Niderlandlı vinger Fransa nəhənginə qayıtmaq istəmir

17:31

"Çelsi" Osimhenin transferindən imtina etdi - SON DURUM

17:10

Elvin Avropa çempionu oldu

16:51

"Təəssüf ki, avtoqol bizi cəzalandırdı" - Leandro Paredes

16:33

Lunyov Rusiya mətbuatına açıqlama verdi - "Hər şeyin öz vaxtı var"

16:15

"Finalda onlara azarkeşlik edəcəm" -  Yürgen Klopp

15:58

"Təəccübləndiyimi deyə bilmərəm, amma..." - Andrey Lunyov

15:39

Rəşad Sadıqov 3 futbolçusunu "Qarabağ"a qarşı oynada bilməyəcək

15:21

AFFA Budaq Nəsirovu diskvalifikasiya etdi

15:04

"Böyük Dəbilqə": Azərbaycanın dörd cüdoçusu "bürünc" görüşünə çıxacaq

14:48

"Mənim uşaqlarım trebli haqq edirlər" - Xabi Alonso

14:31

ÇL: Yeni mövsüm üçün format və oyun cədvəli bilindi

Facebookdan bizi izləməyi unutmayın.
X