Bakı Olimpiya Stadionunun ərazisində yerləşən AFFA VAR mərkəzində “Neftçi” klubunun Gənclər Liqasında çıxış edən komandası üçün Hakimlər Komitəsinin sədri Barış Şimşək tərəfindən seminar keçirilib.
Fanat.Az xəbər verir ki, tədbirdə VAR-ın oyunöncəsi hazırlıq prosesi izah olunub və müvafiq epizodlar üzərində VAR müdaxilələri (oyundankənar vəziyyətin qeydə alınması, penalti epizodları və s.) müzakirə edilib.
Komitə sədri ona ünvanlanan sualları da cavablandırıb.