Misli Premyer Liqasının XXIX turunda “Kəpəz”lə qarşılaşacaq “Araz-Naxçıvan” hazırlığını davam etdirir.
Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, zədəli olduğuna görə son 2 matçda iştirak etməyən İqor Ribeyro komanda ilə məşqlərə qoşulub.
Müdafiəçinin Gəncə təmsilçisi ilə matçda meydana çıxıb-çıxmayacağı oyun günü məlum olacaq.
“Sumqayıt”la görüşdə zədələnərək əvəzlənən Aksel Nqandonun müalicəsi isə davam edir.
Qeyd edək ki, “Araz-Naxçıvan” – “Kəpəz” oyunu aprelin 5-də, saat 20:00-da “Liv Bona Dea Arena”da keçiriləcək.