Milsi Premyer Liqasının 30-cu turu çərçivəsində bu gün "Sumqayıt"ın qonağı olacaq "Zirə" oyuna itkilərlə çıxacaq.
Bunu Fanat.Az-a açıqlamasında "qartallar"ın sözçüsü Elmar Abdullazadə deyib:
"Cəzalı futbolçumuz yoxdur. Cibrila İssa, Filipe Paxtman və Məqsəd İsayev zədə səbəbindən "Sumqayıt"a qarşı oynaya bilməyəcəklər".
Qeyd edək ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutacaq "Sumqayıt" - "Zirə" matçında ədaləti Tural Qurbanovun başçılıq etdiyi hakimlər briqadası qoruyacaq. Görüş 19:00-da start götürəcək.
Nihat