Misli Premyer Liqasının 30-cu turunda “Neftçi Arenada”da “Araz-Naxçıvan”la qarşılaşacaq "Neftçi"də ciddi itkilər var.
Fanat.Az xəbər verir ki, zədəlilərdən 4-nün son durumu məlum olub.
Bərpa prosesi keçən Emil Balayevlə yanaşı, kəskin respirator virus infeksiyası diaqnozu ilə müalicə alan Ömər Buludov bu matçı buraxmalı olacaq.
Dizindəki ağrılarla bağlı müalicəsi davam edən Aqil Məmmədov və fərdi olaraq hazırlıq keçən Ataa Caber də “Araz-Naxçıvan”la matçda meydanda ola bilməyəcək.
Filip Ozobiç isə cəza səbəbindən görüşü buraxacaq. Zədəli Kilan Lebonun bugünkü matçda oynayıb-oynamayacağı isə bilinmir.
Qeyd edək ki, bu gün keçiriləcək "Neftçi" - "Araz-Naxçıvan" oyunu saat 19:00-da start götürəcək.