Bu gün Misli Premyer Liqasında 32-ci tur start gőtűrüb.
Fanat.Az xəbər verir ki, ilk oyun günündə 1 matç keçirilib.
5-ci yerdəki "Sabah" evdə 6-cı pillədəki "Səbail"i qəbul edib. Saat 18:00-da başlayan qarşılaşmada 2:0 hesablı qələbə qazanan "bayquşlar" Konfrans Liqasına vəsiqə uğrunda mübarizədə əsas rəqiblərindən birinin vəziyyətini çətinləşdiriblər. Bu zəfər sayəsində xal hesabını 49-a çatdıran Masazır təmsilçisi İPL-in turnir cədvəlində 3-cü pilləyə yüksəlib.
Qeyd edək ki, turun digər matçları 28 və 29 mart tarixlərində oynanılacaq.
Misli Premyer Liqası, 32-ci tur
27 aprel
“Sabah” – “Səbail" 2:0
Qollar: Yon İrasabal, 22. Cesse Sekidika, 39.
“Bank Respublika Arena”
"Sabah": 1. Yusif İmanov, 17. Tellur Mütəllimov, 9. Anatoli Nuriyev, 8. Ayaz Quliyev, 2. Amin Seydiyev (k), 15. Kristian da Silva, 24. Maruan Hadudi, 14. İshak Belfodil, 70. Cesse Sekidika, 3. Yon İrasabal, 28. Kahim Parris
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 16. Rustam Samigullin, 10. Namik Ələskərov, 4. Elvin Camalov, 5. Rəhman Daşdəmirov, 6. Abdulax Xaybulaev, 40. Rauf Rüstəmli, 88. Xəyal Əliyev, 53. Fəxri Məmmədli, 7. Boyan Letiç, 18. Davit Volkov, 19. Emmanuel Apeh
"Səbail": 1. Səlahət Ağayev, 5. Adil Nağıyev (k), 74. Yusif Nəbiyev, 17. Rafael Məhərrəmli, 11. Rüfət Abdullazadə, 9. Aleksandr Ramalinqom, 27. Pedro Nuno, 3. Silvayin Deslandes, 21. Anas Najah, 7. Madi Queta, 44. Yadin Luqasi
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 25. Nicat Məmmədzadə, 10. Ağabala Ramazanov, 6. Cabir Əmirli, 15. Vüqar Həsənov, 8. Bahadur Həziyev, 18. Süleyman Əhmədov, 88. Valdemar Almeyda, 77. Ayub Masika, 55. Nir Bardea, 14. Suleyman Alluş