Bu gün İsveçrənin Nyon şəhərində UEFA Avropa Liqasının pley-off mərhələsinin püşkatma mərasimi keçirilib.
Fanat.Az xəbər verir ki, UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində baş tutacaq "Qarabağ" (Bolqarıstan) – “Ludoqorets” cütünün məğlubunun potensial rəqibi müəyyənləşib.
Uduzan tərəf "Petrokub" (Moldova) – TNS (Uels) cütünün qalibi ilə münasibətlərinə aydınlıq gətirəcək.
Qeyd edək ki, Avropa Liqasının III təsnifat mərhələsinin matçları avqustun 8-də və 15-də olacaq.