14:18 22.08.2024 1019

PFL səviyyəsiz legioner axınının qarşısını alacaqmı? - AÇIQLAMA

Çempionat yeni başlayıb, amma elə ilk baxışdan görünür ki, bəzi klubların yay transfer pəncərəsində reallaşdırdıqları legioner seçimi keyfiyyət göstəricisinə əsaslanmayıb. İstisna deyil ki, artıq qışda, ən uzağı isə yayda indiki heyətin yarısı, hətta büsbütünü göndəriləcək, yenilər gətiriləcək. Əcnəbiləri yay-qış "vaqonla daşıyan" klubların işbaz rəsmilərini isə daha çox onların keçidindən əldə olunan pullar düşündürür. Bunun qarşısı necə alına bilər?      

Bəzi liqalarda mövsüm ərzində məhdud sayda legioner transferinə icazə verilir. Uzağa getməyək, Türkiyədə bəlli sayda əcnəbi gətirmək mümkündür. Konkret, əvvəl bu rəqəm 14 idi, təzəlikcə sayı 12-yə endirdilər. Yaxın gələcəkdə bizdə də bu məhdudiyyət tətbiq edilə bilərmi? Peşəkar Futbol Liqası AFFA-nın İcraiyyə Komitəsinə belə bir təşəbbüsü ehtiva edən təklif göndərməyə hazırlaşırmı? 

PFL-in prezidenti vəzifəsini müvəqqəti icra edən Elgiz Abbasov Fanat.Az-ın mövzu ilə bağlı sualını belə cavablandırıb:

"Legioner transferinə məhdudiyyət tətbiq olunması hazırda müzakirə mövzusu deyil. Artıq Premyer Liqada tətbiq olunan legioner  limitində, ümumiyyətlə legioner tənzimlənməsində son 2 mövsümdür ki, müvafiq qaydalar keçərlidir. Biz  klubları daha yaxşı legionerlər  gətirməyə təşviq etmək üçün müəyyən addımlar atmışıq. Belə ki, ölkəsinin həm U-21, həm də əsas milli komandasında  son 1 ildə rəsmi oyunlarda  çıxış etmiş oyunçulara görə ödənişlər tələb olunmur. Bundan əlavə, legioner rüsumları artan qaydadada tətbiq olunur ki, bu da  klublara əcnəbi oyunçu seçimində daha diqqətli olmağa çağırır. 12-ci əcnəbi oyunçudan sonra isə ya milli komandanın üzvünü gətirib rüsumdan azad olurlar, ya da bu saydan sonra trasfer olununan hər bir legioner üçün 50 min manat ödənilir. Əslində, say ilə artan legioner rüsumu klubları seçimində daha diqqətli olmağa vadar edir". 

Mirağa

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

15 Sentyabr 2026
12:40

Derbidəki VAR səhvinə qərar verildi

12:21

"Sabah"dan möhtəşəm start

12:04

Məhsuldar ötürmə müəlliflərinin mübarizəsində üçhakimiyyətlik yarandı - STATİSTİKA

11:48

"Araz-Naxçıvan" 150-yə çatdı

11:32

"Neftçi" və Brenodan rekord göstərici

11:17

"Salahın keçidi Türkiyə futbolunun Avropadakı nüfuzunu daha da artırıb" - Fatih Terim

10:58

Koutinyonun yeni klubu məlum oldu

10:39

Azərbaycan cüdoçuları Olimpiya Təlim Düşərgəsinə qatıldılar

10:20

Salah karyerasını Yunanıstanda davam etdirəcək

10:01

Qvardiola "Trabzonspor"a "yaşıl işıq" yandırdı

09:43

"Sabahın Ulduzları": "Zirə" ilə "Sabah"dan darmadağınlar - FOTOLAR/NƏTİCƏLƏR

09:22

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:00

"Bunu hər kəs gördü" - İsmayıl Kartal

02:51

La Liqa: "Real Betis" səfərdən 3 xalla dönür

02:04

Premyer Liqa: "Lids" darmadağına sevindi

01:47

Super Liqa: "Fənərbağça" səfərdə xal itirdi

01:17

"Barselona"nın gənc ulduzu üçün 140 milyon avro ödəyəcəklər?

00:54

A Seriyası: "İnter"dən inamlı qələbə

14 Sentyabr 2026
23:58

"Neftçi" ilə vidalaşan təcrübəli yarımmüdafiəçi karyerasını harada davam etdirəcək?

23:13

"Liverpul" ulduzunu satmır

22:32

"Şəfa” öz oyunu ilə bu çempionata xüsusi rəng qata bilib" - Zaur Həşimov

22:14

Valdas Dambrauskas "Şəfa" üzərində qələbəni belə şərh etdi

21:25

"Neftçi" Elvin Camalovla yollarını ayırdı

21:12

"Trabzonspor"da yeni baş məşqçi axtarışı

20:53

MPL: "Sabah" darmadağına sevindi

20:11

"İnter" Hakan Çalhanoğlu ilə yeni müqavilə üçün hərəkətə keçir

19:48

"Fənərbağça" Mert Müldürlə müqaviləni yeniləyir

19:11

Marselo Brozoviç "Əl-Sədd"ə transfer olundu

18:40

Super Liqa tarixində Okan Buruk kimisi olmamışdı

18:15

II Liqa: 3-cü tura yekun vuruldu

17:48

Luis Enrike: "Əvvəlki üç çempionat oyunundakından pis oynadıq, amma..."

17:29

"Euro Cup"un qalibi "Sabah"da

17:11

"Landau Lions" ÇL-də mübarizəni dayandırdı

16:53

"Neftçi"də yeni müqavilə

16:35

Məhəmməd Əlini bu etirafa məcbur edən əfsanəvi boksçu vəfat etdi

16:17

"Liverpul" Rayanı rekord məbləğ qarşılığında ala bilər

15:58

Maldini qol vurdu, xəstəxanaya düşdü

15:40

Cəlilov heç-heçəni dəyərləndirdi: "Çempionluğa oynayan komanda ilə qarşılaşdıq"

15:22

Terim Osimhendən danışdı: "Kaş ki, həmin gün olardı"

15:04

Nigeriyalı müdafiəçi Azərbaycan klubuna keçir

Facebookdan bizi izləməyi unutmayın.
X