"Araz-Naxçıvan"ın məşqçisi Rasim Ramaldanov "Sumqayıt"a qarşı Azərbaycan Premyer Liqasında 5-ci turun oyunundan sonra baş tutan mətbuat konfransına qatılıb.
Fanat.Az xəbər verir ki, cəzalı Elmar Baxşıyevi əvəz edən məşqçi səfərdə 1:0 qalib gəldikləri qarşılaşma barədə fikirlərini bildirib:
"Sumqayıtda oynamaq hər zaman xoşdur. Azarkeşlər gözəl ab-hava yaradır. Dinamik və hücumameyilli futbol oynadıq. Futbolçulara təşəkkür edirəm, bu gün sona qədər mübarizə apardılar. Qoldan sonra bir qədər müdafiəyə diqqət yetirdik. "Sumqayıt"a qarşıdakı oyunlarda uğurlar arzulayıram. Millinin rəsmi oyunlarına görə çempionatda yaranacaq fasilə bizim üçün də fürsət olacaq. Çünki düzəldilməsi lazım olan nöqsanlar, çatışmazlıqlar var, onların uzərində işləyəcəyik. Mümkün qədər xal ehtiyatınızı artırmalıyıq. Avrokubok zonasına düşə bilsək, şad olarıq".