"Sumqayıt"ın baş məşqçisi Samir Abasov Misli Premyer Liqasının 5-ci turunda doğma meydanda "Araz-Naxçıvan"a 0:1 hesabı ilə məğlub olduqları oyunu şərh edib.
Fanat.Az xəbər verir ki, 46 yaşlı mütəxəssis görüşlə bağlı bunları deyib:
"Matç elə formada gedirdi ki, sanki ya heç-heçə olacaq, ya da qol vuran udacaq. Meydanda mübarizə var idi. Çalışdıq ki, geri düşəndən sonra oyunu ələ alaq. Ötən il də vəziyyətimiz bu cür idi. Yeni transferlər uyğunlaşma problemləri yaşayır. Yəqin ki, milli fasilə bizə kömək olacaq. Üzərimizdə çalışıb, daha yaxşı vəziyyətə gələcəyik. Qarşıdakı oyunlara baxacağıq".