Misli Premyer Liqasının 5-ci turunda Tovuzda "Kəpəz"lə qarşılaşan "Sabah"ın baş məşqçisi Krunoslav Renduliç 3:2 hesablı qələbəni dəyərləndirib.
Fanat.Az xəbər verir ki, xorvat çalışdırıcı geridönüşlə əldə etdikləri 3 xal barədə fikirlərini oyundan sonra təşkil edilən mətbuat konfransında bölüşüb:
"Oyuna çox pis başladıq. Ilk 15 dəqiqədə, rəqibin vurduğu ikinci qola qədər sanki tətildəydik. Sonradan toparlandıq. İkinci hissədə çox yaxşı oynadıq. 3 qol vurduq və daha 3 dəfə fərqlənə bilərdik. Qısası, iki fərqli hissə izlədik. İlk hissədə bərbad, ikinci yarıda çox yaxşı futbol sərgilədik. Əslində 5 oyunçu dəyişməliydim. Amma hiss etdim ki, komanda rəqibin ikinci qolundan sonra yuxudan ayıldı.
Avrokubokdan sonra toparlana bilmişikmi? Qələbələr vəziyyəti dəyişir. Bu, "Real Madrid" üçün də keçərlidir, "Sabah" üçün də...
Növbəti rəqibimiz çempionatda qol buraxmayan " Turan Tovuz"dur. Liderlə oyun hər iki tərəf üçün çətin olacaq. Amma bu o demək deyil ki, qol vurmaq şansımız yoxdur".
Nihat