“Sabah” yarımmüdafiəçi İldar Alekperovla yollarını ayırıb.
Fanat.Az xəbər verir ki, 23 yaşlı futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, İldar 2021-ci ildən “Sabah”ın üzvü idi. O, ötən mövsümün ikinci yarısında icarə əsasında "Araz-Naxçıvan"da çıxış edib.