
Misli Premyer Liqasının 6-cı turu çərçivəsində sabah ""Araz-Naxçıvan"ın qonağı olacaq "Kəpəz" meydana itkilərlə çıxa bilər.
Bunu Fanat.Az-a açıqlamasında Gəncə təmsilçisinin sözçüsü Azad Mustafayev deyib:
"Cəzalı futbolçumuz yoxdur. Zədəlilərə gəlincə, qapıçı Rojerio Santos, yarımmüdafiəçilər Tural Rzayev və Elmir Tağıyevin durumu qeyri-müəyyəndir. Oyuna qədər hələ bir məşq də var, onlardan hansının oynayıb-oynamayacağı matç ərəfəsində bilinəcək. Adını çəkdiyim futbolçular zədədən sonra bərpa dövrü keçirlər. Həm fərdi, həm də kollektiv məşqlərdə iştirak edirlər. Məşqçilər korpusu həkimlərlə məsləhətləşdikdən sonra qərarını edəcək".
Qeyd edək ki, sabah “Dalğa Arena”da baş tutacaq qarşılaşma 19:30-da başlayacaq.
Mirağa