"Turan Tovuz” həqiqətən yaxşı komandadır. Ancaq biz bu gün səviyyəmizdən aşağı çıxış etdik".
Fanat.Az xəbər verir ki, bu sözləri Misli Premyer Liqasının 6-cı turunda evdə "Turan Tovuz"la heç-heçə edən (2:2) "Sabah"ın baş məşqçisi Krunoslav Renduliç deyib.
Xorvat mütəxəssis oyundan sonra təşkil edilən mətbuat konfransında belə danışıb:
"Azarkeşlər maraqlı oyuna şahidlik etdilər. Bu gün bolqollu matç oldu. Oyundan əvvəl 3 xal qazanmaq istəyirdik, amma sonradan 1 xala görə də məmnunuq. Oyunçularıma daha çox topa sahib olmağı tapşırmışdım. Bəzi məqamlarda yaxşı çıxış etmədik. Biz təkcə müdafiəçini günahladıra bilmərik, ikinci qola qədər ardıcıl beş səhvə yol verdik”.