Azərbaycanlı hücumçu Amil Yunanov özünə yeni klub tapıb.
Fanat.Az xəbər verir ki, 31 yaşlı forvard legioner karyerası yaşayacaq.
O, Albaniya Super Liqa təmsilçisi “Bilis”ə transfer olunub. Müqavilənin müddəti bir illikdir.
Qeyd edək ki, Yunanovun sonuncu klubu “Kəpəz” olub. O, daha əvvəl “Qəbələ”, “Keşlə”, “Sumqayıt” “Şamaxı”, “Səbail” kimi klubların şərəfini qoruyub.