Premyer Liqasının 9-cu turunda Masazırda "Sabah"la heç-heçə edən (1:1) “Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev oyundan sonra təşkil edilən mətbuat konfransında fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, 43 yaşlı mütəxəssis belə danışıb:
“Yaxşı, dinamik oyun alındı. Hər iki komanda meydanda yaxşı iş gördülər. Komandamdan ümumi razı qaldım. Oyunun nətiçəsini ədalətli hesab edirəm. Düşünürəm ki, daha da yaxşı çıxış edib oyunumuzu rəngarəng edə bilərik. İnanıram ki, gələcək oyunlarda daha da artıracağıq, komandamızda olan oyunçuların potensialı buna imkan verir.
Futbolçularıma inanıram və hiss edirəm ki, onlar da o inamı mənə verib. İstəyirəm ki, daha da artığını versinlər.
Heyətimiz nə qədər geniş olsa, periodu daha rahat keçə bilərik. Ümid edirəm ki, oyunçuların sayı çoxalacaq. Çempionat uzundur, komanda olaraq bərk, inamlı olmayıq ki, bu maneələri keçə bilək”.