"Sabah"ın Azərbaycan millisinin heyətindən kənarlaşdırılan kapitanı Elvin Camalov 3 həftə futbol oynaya bilməyəcək.
Bunu Fanat.Az-a açıqlamasında "bayquşlar"ın sözçüsü Elnur Həmidov deyib:
"Elvin Misli Premyer Liqasının son turunda "Araz-Naxçıvan"a qarşı keçirilən oyunda (1:1) zədələnib. Müayinə zamanı dirsəyində sınıq olduğu üzə çıxdı. Əməliyyat edilməyəcək, amma bərpa prosesinə təxminən 3 həftə vaxt lazım olacaq".
Qeyd edək ki, 29 yaşlı Camalovun əvəzinə milliyə "Araz-Naxçıvan"dan Vadim Abdullayev çağırılıb.
Nihat