23:34 24.10.2024 628

"Belə oyunlarda belə qərarlar mənə çatmır" -Qurban Qurbanov

Bu gün "Qarabağ” UEFA Avropa Liqasının Liqa mərhələsinin 3-cü turunda öz meydanında “Ayaks”a 0:3 hesabı ilə uduzub.

Fanat.Az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanovun oyundan sonra təşkil edlən mətbuat konfransında fikirlərini bölüşüb: 

“Əfsuslar olsun ki, məğlub olduq. Oyuna heç də pis hazırlaşmamışdıq. İlk dəqiqələrdən çox yaxşı, dinamik çıxış etdik. Bu komandaya qarşı heç də müdafiədən oynamaq istəmirdik. Təəssüf ki, oyunçularımız “qırmızı” aldılar. Belə böyük oyunlarda belə bəsit penaltilər, belə sadə vərəqələr göstərilirsə, deməli, daha da xırda şeylərə diqqət yetirməliyik. Oyunçularımın cəsarətli çıxışı məni məmnun etdi.

“Qırmızı” alan oyunçularla mütləq söhbət olacaq. Amma futbol mübarizə oyunudur. Belə sadə epizodlarda “qırmızı” verirlərsə, onda gərək biz futbol oynamayaq. Hər iki epizodda “qırmızı”nın verilməsi şübhəli qərardır. Yəqin biz hakimlərin qayda-qanunlarını bilmirik.

Amma hər bir halda, futbolçularımı qınayıram, ona görə ki, orada daha düzgün oynaya bilərdilər. Mən heç vaxt hakimlərin işinə qarışmıram. Yeri gələndə mən özüm də onlara meydanda kömək etməyə çalışıram. Heç vaxt hakimlərə qarşı çıxış etməmişəm, amma belə epizodlarda belə qərarlar mənə çatmır. Nə olsun ki, biz “Qarabağ”ıq, nə olsun ki, bizim ölkədə futbolun səviyyəsi Niderland çempionatından aşağıdır. Onsuz da biz böyük klublara qarşı oynayırıq.

Hakimin qərarlarından şikayət etməyəcəyik. Onsuz da qarşımıza elə bir şeylərlə gəlirlər ki, şikayət etməyimizin heç bir mənası qalmır. Hakim oyunun ağasıdır, buna görə də biz onun qərlarından şikayət etməyəcəyik. Onsuz da oyun bitib, şikayət etməyin də bir mənası olmayacaq.

Bu gün Bədavi Hüseynovla Kevin Medina daha hazırlıqlı olduqları üçün onları meydana buraxdıq. Bəhlul Mustafazadənin müəyyən səhvləri olmasına baxmayaraq, bizim əsas oyunçumuzdur. Qarşıdakı oyunlarda özünü yaxşı göstərsə, meydana əsas heyətdə çıxacaq. "Bəhlul meydanda olsaydı, biz qələbə qazanardıq” deyə bir şey yoxdur. Filrmcə, bu gün Medinayla Bədavi oynamağa daha çox layiq idilər.

Mənim haqqımda “getsin” deyənlərə deyiləcək bir sözüm yoxdur. Necə deyim… Mən nəsə deyə bilmirəm. Heç nə demək istəmirəm (gülür). Onu deyə bilərəm ki, çox sağ olsunlar. Sizlərdən də xahiş edirəm ki, mənə belə informasiyalar verməyin. Mən də öz sevgimi tam şəkildə komandama verə bilim”.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

25 İyun 2026
20:15

Morqan Rocers üçün "topçular" iş başında

19:37

"Qarabağ" yamaykalı vingerlə gücləndi

19:10

Dünya Kubokunda tarixi rekord

18:41

"Arsenal" Qabriel Jesus üçün qiyməti endirdi

18:14

"Arsenal" gənc ulduz üçün rəsmi təklif etdi

17:49

Bölgə təmsilçisi çempionluğa oynayacaq - Maaş büdcəsi bilindi

17:23

İngiltərə millisinin 2 ulduzu qrupdakı son oyunu buraxa bilər

17:04

Birinci Liqa təmsilçisi Türkiyəyə gedir

16:45

İspaniyanın məşhur klubu adını dəyişdi

16:27

"Bu komandanın xüsusi xarakteri var" - Xavyer Aqirre

16:09

"Səbail" 5 legioner transfer edəcək - "Çempionluq yolunda Mehdinin bizə çox köməyi dəyəcək"

15:51

Oyarsabal "Barselona"ya keçəcəyi ilə bağlı yayılan məlumatları təsdiqlədimi? - AÇIQLAMA

15:33

"Braziliya millisinin istədiyi oyunu onlara hədiyyə etdik" - Stiv Klark

15:15

“Dünya çempionatı üçün Azərbaycanın seçilməsi AFFA ilə FIFA arasında uğurlu əməkdaşlığın nümunəsidir” - Rövşən Nəcəf

15:06

"Dünya çempionu olmaq məqsədimizə inanmalıyıq" - Mərakeş seçməsinin baş məşqçisi

14:48

"Hisslərimi sözlə ifadə etməyə çətinlik çəkirəm" - CAR millisinin çalışdırıcısı

14:30

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

14:22

"Şamaxı"nın azərbaycanlı istedadı legioner həyatı yaşayacaq?

14:01

Seneqallı müdafiəçi daha bir il "Qəbələ"də - RƏSMİ

13:44

Vinisius: "Başla qol vurmağım üçün Ançelotti mənə hədiyyə vəd etmişdi"

13:25

"Araz-Naxçıvan" kapitanı ilə bağlı qərarını rəsmən açıqladı

13:07

"Bu səviyyədə çıxış edə biləcək daha çox oyunçuya sahib olmalıyıq"

12:48

Çexiya - Meksika matçının ən yaxşı oyunçusu bilindi

12:30

Millimizin rəqibi 2 yoldaşlıq oyunu keçirəcək

12:12

"Zirə"dən ayrılan yarımmüdafiəçi "Araz-Naxçıvan"da - RƏSMİ

11:53

Cənubi Koreyanın baş məşqçisi CAR-a məğlubiyyətə görə məsuliyyət daşıyan şəxsin adını açıqladı

11:27

Ançelotti Şotlandiya ilə oyundakı darmadağın barədə nə danışdı?

11:09

Mehdi Cənnətovun yeni klubu bilindi - RƏSMİ

10:51

FİFA daha bir dünya çempionatının evsahibliyini Azərbaycana verdi

10:30

Bir qol və bir məhsuldar ötürmə ilə diqqət çəkdi, matçın ən yaxşı oyunçusu oldu

10:07

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:48

DÇ-2026: E qrupunda 3-cü turun son oyunları başlayır, Almaniya növbəti sınağına çıxır

09:25

Şotlandiya - Braziliya dueliin ən yaxşı futbolçusu məlumdur

09:00

DÇ-2026: İlk pley-off cütü bilindi

08:00

DÇ-2026: Braziliya ilə Meksika növbəti mərhələyə darmadağınla yüksəldi

05:31

Neymar Pelenin rekordunu təkrarladı

04:44

"Tarixə düşmək istəyirdik, amma belə nəticə qazanacağımızı düşünmürdük" - Sergey Barbarez

04:29

Qrupda qalan Qətər millisinin ispaniyalı çalışdırıcısı belə danışdı

02:32

Bosniya və Herseqovina - Qətər matçının ən yaxşı futbolçusu bilindi

02:00

Manzambi İsveçrə - Kanada oyununun ən yaxşısıdır

Facebookdan bizi izləməyi unutmayın.
X