15:58 07.11.2024 1124

Şahin Diniyevin yerinə 3 namizəd var - Hansı daha realdır?

Medianın İnkişafı Agentliyinin layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı

Bu yay büdcəsinin azaldıldığı üzə çıxan "Səbail"in necə təsir bağışlayacağı böyük maraq doğururdu. Geridə qalan "futbol ili"ndə avrokuboklara vəsiqə qazanmaq işinin öhdəsindən gələ bilməyən "dənizçilər" bəzi futbolçularını heyətdə saxlaya bilməsələr də, komandanın ilk dövrədə bərbad çıxışla diqqət çəkəcəyi, elitadan düşmək təhlükəsi ilə üz-üzə qalacağı gözlənilən deyildi. Əlbəttə, çempionat uzun marafondur və indidən hansı komandanın Misli Premyer Liqası ilə ən azı 1 mövsümlük vidalaşacağını söyləmək daha çox münəccimlik iddiasına bənzəyər. Amma baş məşqçi Şahin Diniyevin bir qədər obrazlı yanaşsaq, artıq kələfin ucunu itirdiyi sezilirdi. 12 tura 2 qələbə, 1 heç-heçəsi olan və 9 yenilgi fonunda topladığı 7 xalla turnir cədvəlinin 9-cu pilləsində mövqe tutan Bakı təmsilçisinin hesabat turunda autsayder "Kəpəz"ə uduzması (0:1) bıçağın sümüyə dirənməsi anlamında idi. Şahin bəyin Tovuzdakı matçdan sonra istefa qərarını açıqlaması ən düzgün addım oldu. 

"Qalmağın mənası yoxdur"

Diniyevin "Kəpəz"ə yenilginin ardından verdiyi açıqlama əlavə şərhə əlyeri qoymur. Təcrübəli mütəxəssis öncəki turlarda dəfələrlə işlərin qaydasına düşəcəyini, paytaxt təmsilçisinin nəticələrini yaxşılaşdıracağına inandığını dilə gətirsə də, "sarı-göylər" ilə matçın ardından təşkil edilən mətbuat konfransında ümidinin tükəndiyini bir neçə cümlə ilə diqqətə çatdırdı: "Oyun haqda çox danışmağa söz yoxdur. Rəhbərliklə görüşdüm, istefa qərarımı verdim. Qərarımı dəyişmək niyyətində deyiləm. Komandaya yeni nəfəs lazımdır. Perspektiv görmürəmsə, qalmağın mənası yoxdur".

Sözügedən çalışdırıcının nəyi düz, nəyi səhv etdiyini, niyə "Səbail"in "sükanı arxası"nda daha uzun müddət qala bilmədiyini incələmək başqa yazı mövzusudur. Büdcənin azaldılması öz yerində, amma şübhəsiz, Şahin bəy yaydakı yenidənqurma zamanı oyunçu seçimində yanılmasaydı, futbolçularını uduzduğu görüşlərdən hansınasa daha yaxşı hazırlasaydı, vəziyyət bu dərəcədə kritikləşməzdi... 

Bir neçə namizəd var

Reallıq budur ki, artıq Diniyev postunda deyil və onun yerini müvəqqəti olaraq klubun U-19 komandasının çalışdırıcısı Elvin Məmmədov tutub. Rəhbərlik isə hazırda baş məşqçi postuna bir neçə namizədlə danışıq aparır. Dəqiqləşdirsək, adı "Səbail"lə yanaşı çəkilənlər "Qarabağ" Futbol Akademiyasının koordinatoru Aftandil Hacıyev, işsiz mütəxəssis Tərlan Əhmədov və "Turan Tovuz"da Kurban Berdiyevin köməkçilərindən biri qismində fəaliyyət göstərən Cavid Hüseynovdur. 

Hüseynov yarayarmı?

Əslində, Azərbaycan millisinin 36 yaşlı sabiq yarımmüdafiəçisi Diniyevin yerini tutacağı ən az ehtimal edilən məşqçidir. Məşqçilik fəaliyyətinə 2021-ci ildə Region Liqasında çıxış edən "Cəbrayıl"da başlayan Hüseynov daha sonra Premyer Liqada "Şamaxı"da Vüqar Əsgərovla birlikdə işləyib. Düzdür, protokolda baş məşqçi Əsgərov idi, oyunsonrası mətbuat konfranslarında da həmişə onu görürdük. Ancaq komanda üzərində hər ikisi bərabər hüquqla çalışdırdılar. Başqa sözlə, heyətində  bir legioner də olmayan "aslanlar" 2022/2023 mövsümündə Hüseynov - Əsgərov tandeminin rəhbərliyi altında aşağı liqaya yuvarlanmışdı. Ardından yenidən "Cəbrayıl"a qayıdan Cavid bəy daha sonra "Turan"a üz tutub.

Onun tanınmış mütəxəssis Berdiyevdən nələrsə öyrəndiyi və öyrənməyə davam etdiyi şübhə doğurmur. Məşqçiliyə olan həvəsini və bacarığını aşağı divizion təmsilçisinin Birinci Liqaya qədər irəliləməsində xüsusi rol oynayaraq isbatlayan Hüseynovun bütün hallarda, elita təcrübəsi digər namizədlərlə müqayisədə azdır. Digər tərəfdən, Cavidin Premyer Liqada baş məşqçi olmağa imkan verən Pro kateqoriyası da yoxdur ki, bu da onun önünü kəsən ən ciddi məqamdır.

Hacıyev tanış simadır

2018-2022-ci illərdə "Səbail"in baş məşqçisi olmuş Aftandil Hacıyev öz üzərində işləməyi sevən, müasir futbolun xırdalıqlarını nəzərə almağa çalışan mütəxəssisdir. "Dənizçilər" 2018/2019 mövsümündə onun rəhbərliyi altında çempionatda 3-cü yeri tutaraq Konfrans Liqasında iştirak hüququ qazanıb. 2020/2021 "futbol ili"ndə 8 komandalı çempionatda isə Premyer Liqadakı mübarizəni sonuncu pillədə başa vuran bakılılar aşağı diviziona göndərilməmişdi. Həmin vaxt AFFA İcraiyyə Komitəsi 10 komandalı çempionatın təşkilinə, iki bölgə klubunun - "Turan Tovuz"la "Kəpəz"i elitaya qaytarılmasına qərar verdi və "Səbail" xilas oldu. 

Aftandil bəyin hazırda "Qarabağ"la müqaviləsi var. Xatırlayırsınızsa, hələ Berdiyev "Turan Tovuz"a gətirilməmiş Hacıyev qərb təmsilçisinin rəhbərliyi ilə görüşmüş, ardından Fanat.Az-a belə bir açıqlama vermişdi: "Bəli, görüşdüyümüz doğru məlumatdır. Danışıq aparmışıq, amma bu gün üçün "Turan Tovuz"u çalışdırmaq variantı böyük ehtimalla, alınmayacaq. Çünki hazırda "Qarabağ"dayam. Ola bilsin ki, gələcəkdə belə bir əməkdaşlıq baş tutsun".

Aftandil bəyin Ağdam klubu ilə anlaşması qüvvədə olduğu üçün təklifi dəyərləndirə bilmədiyi bəlli reallıqdır və hazırda bu yöndə nəsə dəyişməyib. "Köhlən atlar" qarşısına uşaq futbolunu inkişaf etdirmək məqsədi qoyub, Hacıyev isə bu sistemə rəhbərlik edir. Yəni bu məşqçini istəmək hələ onun "Qarabağ"dan ayrılmasına nail olmaq deyil.

Tərlan Əhmədov özünü sübut edib

Son olaraq Premyer Liqanın maddi baxımdan bütün digər iştirakçılarından geri qalan komandasını - "Kəpəz"i elitada saxlayan Tərlan Əhmədovun təcrübəsi haqda yenidən danışmağa ehtiyac yoxdur. Azərbaycan millisinin sabiq kapitanı indiki "Səbail"lə də adından söz etdirə bilər.

Bəli, Əhmədovun işlədiyi komandalarda bəzi futbolçularla insident yaşamasına, hətta klub rəhbərliyi ilə yola getməməsinə də şahidlik etmişik, ancaq bir qədər dərin yanaşsaq, bu nüanslar onun bir məşqçi kimi özünə güvənməsindən qaynaqlanır. Barmaq işarəsi ilə hərəkət etməyən, öz mövqeyi olan biridirsə, lap yaxşı. Mütəxəssisin əsas işi qarşısına qoyulan tapşırığın öhdəsindən gəlməkdirsə, Tərlan bəy bunu bacarıb. Onun "Səbail"də çox şeyi yaxşıya doğru dəyişə biləcəyi şübhə doğurmur. 

Nihat Ağasoy 

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

18 Sentyabr 2026
20:02

Amil Ağacanov "Qəbələ"nin məğlubiyyətini şərh etdi

19:51

Yuri Vernidub "Qəbələ" üzərində qələbədən sonra nə danışdı?

19:45

MPL: "Qarabağ" "Şəfa"nı sınağa çəkir - YENİLƏNİR

19:25

"Arsenal" Rodriqo üçün zədə bərpasını diqqətlə izləyir

18:41

"Bayern"in 18 yaşlı istedadı üçün 100 milyon avro tələb olunur

18:04

I Liqa: 3-cü tura yekun vuruldu

17:44

Azərbaycanda keçiriləcək U-15 dünya çempionatı və festivalının detalları açıqlandı

17:25

"Gəncə" "Neftçi" ilə sınaq matçına çıxacaq

17:06

AFFA Gəncədə UEFA C kateqoriyalı məşqçilik kursu təşkil edəcək

16:49

"Daha artığına nail olmaq üçün..." - Nəziri ardıcıl 3-cü qələbədən sonra fikirlərini bölüşdü

16:31

"Sumqayıt"ın daha bir futbolçusu sıradan çıxdı

16:14

Vüqar Həsənov "Şamaxı"dakı darmadağını belə şərh etdi

15:57

"Gəncəbasar" 5 gün məşq etməyəcək

15:35

Füzuli Məmmədov: "Daha böyük hesabla qalib gələ bilərdik"

15:11

"Şamaxı"nın heyəti ilə bağlı son vəziyyət məlum oldu

14:51

AFFA və Pakistan Futbol Assosiasiyası arasında əməkdaşlıq müzakirə olundu

14:32

"Karvan-Yevlax" hücumçusu ilə vidalaşdı

13:42

Misli Premyer Liqasının ilk 5 turuna baxış: Rəqib tanımayan çempion, pis başlayan "Turan Tovuz"

13:24

Azərbaycan Kubokunun püşkü atıldı

13:03

"Trabzonspor"un yeni baş məşqçisinin kimliyinə aydınlıq gəldi - RƏSMİ

12:44

“Kəpəz”in səfər oyunları kinoteatrda nümayiş olunacaq

12:25

Burkina Fasodan olan futbolçunun durumu bəlli oldu - "Şamaxı"ya qarşı oynaya biləcək?

12:06

Azərbaycan millisinin heyəti açıqlandı

11:48

"Messi ilə bağlı içimdə təəssüf hissi var" - Fermin Lopes

11:29

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:10

"Ən vacib olan "Real Madrid"dir" - Kilian Mbappe

10:51

1-ci Liqa: Şamaxıda MOİK sevinəcək, yoxsa "Xankəndi?

10:30

Azərbaycan Kubokunun püşkü atılır

10:09

Sebalyos "Qızıl top"a namizədini açıqladı - O, "Real Madrid"dən deyil

09:45

"Sabahın Ulduzları": Yarımfinal cütləri müəyyənləşdi - FOTOLAR

09:25

MPL: "Neftçi" Qəbələ səfərində, "Qarabağ" debütanta qarşı

09:00

İtalyano: "Daha çox xal toplamalıyıq"

02:08

La Liqa: "Vilyareal" 3 xalı 3 qolla qazandı

01:02

AL: "Beşiktaş" Fransa təmsilçisini əliboş yola saldı

17 Sentyabr 2026
23:57

"Qarabağ" onun üçün yenidən hərəkətə keçəcək

22:56

"Barselona"ya 140 milyon avroluq şok təklif

22:15

Todd Boli "Çelsi"dəki səhmlərini sataraq klubdan ayrıldı

21:34

Qazaxda "Grace of Nature" turniri keçiriləcək

21:09

Rafinya Messinin rekordunu qırdı

20:47

"Sumqayıt"ın futbolçusu 5 oyunluq cəzalandırılıb

Facebookdan bizi izləməyi unutmayın.
X