22:40 10.03.2025 726

"Kameranı söndürün, xanımlar çıxsın, mən danışım" - Samir Abasov

“Neftçi”nin baş məşqçisi Samir Abasov Misli Premyer Liqasının 26-cı turunun “Turan Tovuz”la oyunundan sonra keçirilmiş mətbuat konfransında iştirak edib. 

Fanat.Az xəbər verir ki, o, jurnalistlərin suallarını cavablandırıb:

– Rəqibin azlıqda qalması yenə planlarınızı pozdu?

– Rəqib azlıqda qalmamışdan qabaq oyuna yaxşı başlamışdıq. Nə etmək istədiyimiz görünürdü. Əsas o idi ki, biz istədiyimizi futbolçular yerinə yetirirdi. Dinamika, sürət var idi. Rəqib 10 nəfərlə qalsa da, onların oyunu bəllidir. Bütün komanda ilə müdafiə olunurdular, bizə də çətinlik yaradırdılar. Amma ilk hissədə 2 real epizodumuz var idi. Sonra hücuma daha ürəkli getməyə başladıq. Dəyişikliklərin də təsiri oldu ki, qol vurduq. Oyunun əvvəlində 10 nəfərə qarşı hazırlaşmırsan. Amma rəqib 10 və 11 nəfərlə də eyni cür oynayanda, plan üzrə iş gedir.

– Komanda Premyer Liqada qeyri-stabil zolağı tərk edə bilmir. Bütün diqqət artıq kubokdadır?

– Onsuz da mən bura gələndə prioritet çıxış yolunu kubokda görürdük. Hamı başa düşürdü ki, 5 xalla çempionatın davamını gətirmək yeni baş məşqçi, yeni futbolçular üçün çətin olacaq. Amma liqa oyunlarından qopmamışıq. Kuboka da, liqa oyunlarına da köklənirik. Bütün matçlara qalibiyyət üçün çıxırıq. 

– Ağadadaş Salyanskini “Kəpəz”lə matçdan sonra tənqid etmişdiniz, amma bu gün də start heyətində idi…

– Futbolçu ilə danışırıq. İş prinsipim belədir. Mənim işimdə belə şeylər olur. Xoş hal odur ki, Ağadadaş həmin açıqlamadan sonra üzə çıxdı. Təki belə olsun. Azərbaycanlı futbolçunun vəkilləri çoxaldı. Keçən dəfə tənqid etdik, bu dəfə start heyətində meydana çıxmayacağını deməmişdik. Əsas odur ki, iradlardan dərs çıxarsın. Bundan sonra daha yaxşı olmalıdır. Ağadadaş və digər oyunçular, əvəzedici komandadan gələnlər başa düşməlidir ki, bu, şansdır. Yerli baş məşqçinin burada olması onlar üçün şansdır. Legionerlər var, yüksək maaş alanlar var, onlar ehtiyatda oturublar, Ağadadaşa şans veririk. Ağadadaş və digər futbolçular da bu şansı dəyərləndirməlidir. Hücumçudursa, bunu göstərməlidir. Məşqlərdə, oyunda bunu etməlidir. Tənqid edirik, irad bildiririk. Bundan sonra da hamısı şans qazanacaq.

– “Qarabağ” Azərbaycan Premyer Liqasından üstün səviyyədə komandadır. Amma hazırkı “Neftçi” 10 nəfərlə qalan “Turan Tovuz”u udacaq potensialda deyil?

– Baxırdız oyuna? Biri var epizoda girmək, bunun üzərində işləyirsən. Elə epizodlar olur ki, orada oyunçu qərar verməlidir. 11 və ya 10 nəfər, “Turan Tovuz”un oyun üslubu budur. 11 nəfərə qarşı da belə vəziyyət olacaqdı. Rəqibin 10 nəfər qalmağını əlinizdə bayraq tutursuz. Udmaq üçün hər şeyi etdik. Ondan artıq epizod yaratmağımızı istəyirsizsə, dərhal olası bir şey deyil.

– Dembo Darbonun zədəsi xronikidir? Kubok görüşünə hazır olacaq?

– Xronikidir, ya yox, bilmirəm. Tam hazır deyil. Siyahıda 23 futbolçu olmalıdır. Darbo optimal formadan uzaqdır. Milli fasilədən sonra düzəlsə, oynayar.

– Emin Mahmudov niyə oynamadı?

– Zədəyə görə. “Səbail”lə görüşü də buraxacaq. Müalicə prosesi keçəcək. Emin kimi yaşlı oyunçularda proses uzun çəkir. Mahmudov sona kim qaçan, gücün qorumayan oyunçudur.

– Futbolçu dönəminiz gözümüzün qabağında olub. Sizdəki döyüşkənlik niyə indiki “Neftçi”də yoxdur?

– Deməzdim ki, komanda təslim olub. Bu qol bizi üzdü. Bəzi oyunçular anlayacaqlar, bəzi oyunçular məşqçisinin ruhunu özünə götürəcək. Kiminsə içində yoxdursa, dəyişmək çətindir. Bizdə yoxdur demirəm, ümumi deyirəm. İnsanlar ayrı-ayrı xarakterə malikdir. İnanıram ki, bu da düzələcək. Burada problem görmürəm. Son vaxtlar harada təslim olduq? Elə “Zirə”də son dəqiqədə qalib gəldik. Bəzi matçlarda komanda, oyunçu düşür. “Kəpəz”lə oyunda baş verənlərə görə ümumi fikir formalaşıbsa sizdə… Məndə belə fikir yoxdur. Komandam axıra kimi döyüşür. Referi hər epizodda cərimə zərbəsi verirdi, uşaqlar yerindən qalxırdı. Siz verdiyiniz suallar tək elə bil “Neftçi”yə verilən suallardır. Yaxşı da xarakterimiz var. Bundan da yaxşı olacağıq.

– “Neftçi”dən gözləntilər yüksəkdir…

– Reallığı da qəbul edək ki, 5 xalı olan komandanı götürmüşük. İnsanlar da başa düşür ki, dərhal 1-ci və ya 2-ci yerə gətirib çıxara bilmərsən. “Neftçi”nin ətrafında neqativ axtarmağa çalışırsızsa, bunun sonu yoxdur.

– Bəzi azarkeşlər “Neftçi”ni ötən turda “Kəpəz”ə qəsdən uduzmaqda ittiham edir..

– Mən nədən danışım? Mən bu qədər danışdım, gör nə deyirsiz.. Niyə başqa klublara belə suallar verilmir? Günahımız nədir? Cavab istəyirsiz? Kameranı söndürün, xanımlar çıxsın, mən danışım.

Mənbə: Sportal.az

 

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

05 Sentyabr 2026
19:48

MPL: "Sabah"dan 5-ci qol - YENİLƏNİR

19:22

PSJ-dən transfer bombası

18:44

Şahmatçılarımız 46-cı Ümumdünya Şahmat Olimpiadasına hazırlaşır

18:12

Benzema Premyer Liqa yolunda - SON DURUM

17:29

Sadio Mane "Liverpul"a qayıdır

17:09

“Sabah” klubu “Scorpio Group”la sponsorluq müqaviləsi imzaladı

16:58

Mourinyu "Real Madrid"dəki ilk məğlubiyyətini şərh etdi - "Qələbəyə layiq olmaq xal qazandırmır"

16:23

"Bayern Münhen" "Liverpul"un oyunçusuna göz dikdi

15:46

Arteta: "Vinisius Junioru istədik, ala bilmədik"

15:07

"Sabah" yeni layihəyə start verir - 10 milyon yatırım edildi

14:47

Viktor Osimhen neçə matç olmayacaq?

14:13

500 milyonluq futbolçu İngiltərə nəhənginə keçir

13:54

PSJ Luis Enrike və 5 oyunçusu ilə bağlı qərar verdi

13:15

Neymar uzun müddətə sıradan çıxdı

12:49

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

12:20

UEFA Genduzi ilə Qrinvudun cəzalarını açıqladı

11:52

AÇ: Azərbaycanın 4 cüdoçusu yarışa qoşulur

11:10

Həftəsonu oyunları bu kanallarda - AFİŞA

10:46

Dünya Qadın Seriyası: "Neftçi SOCAR" mövsüm finalında mübarizəyə başlayır

10:08

"Sabahın Ulduzları": "Zirə" də uduzdu, "Sumqayıt" da - Fotolar

09:33

MPL: Masazırda son çempionla hazırki lider qarşılaşır, "Neftçi" debütantla üz-üzə

09:00

"Sabah"ın ÇL-də ev oyunlarını keçirəcəyi arena rəsmən açıqlandı

02:21

"Qalatasaray" azarkeşlərinə pis xəbər

01:57

La Liqa: "Real Betis"ə 1 qol bəs etdi

01:44

Premyer Liqa: "Liverpul" "İspviç"i məğlub etdi

01:25

Liqa 1: "Monako" səfərdən 3 xalla qayıdır

01:06

A Seriyası: "Komo"dan əzmkar qələbə

00:59

Bundesliqa: "Ştutqart"dan darmadağın

04 Sentyabr 2026
23:42

Azər Məmmədov "Şamaxı" ilə matçdan sonra nə danışdı?

23:13

Azər Bağırov "Kəpəz" üzərində qələbəni belə şərh etdi

22:46

"Səbail" və MOİK hələ hazır deyil" - Röyal Nəcəfov ilk turu dəyərləndirdi

22:33

"Ürəyi “Qəbələ” ilə döyünən hər kəsi təbrik edirəm" - Amil Ağacanov

22:07

MPL: "Şamaxı" Gəncədə darmadağına sevindi, "Qəbələ" mövsümdə ilk qələbəsini qazandı

21:44

"Belə baxımlı bir qol vurduğuma görə sevincliyəm"

21:04

"Qəbələ" 3 ildi eyni taktika ile meydana çıxır" - Fərid Namazov

20:32

Maarifləndirici antidopinq seminarı keçirildi

20:04

"Rəqib bizdən üstün oynadı" - MOİK-in baş məşqçisi

19:41

"Zirə" braziliyalı yarımmüdafiəçi üçün nə qədər tazminat ödədi?

19:10

I Liqa: Mingəçevirdə məhsuldar heç-heçə, "Gəncəbasar"dan çətin qələbə

18:52

Taekvondoçularımız İsveçrədə mübarizə aparacaqlar

Facebookdan bizi izləməyi unutmayın.
X