
“Qarabağ” UEFA Çempionlar Liqasının əsas mərhələsində səfərdə “Napoli”yə (İtaliya) qarşı keçirəcəyi oyundan öncə azarkeşlərinə müraciət edib.
Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Ağdam təmsilçisi özündən asılı olmayan səbəblərdən qonaq azarkeşlərə ayrılan vauçerlərin satışının noyabrın 21-dən dayandırılacağını bildirib.
Hazırda “Qarabağ”a dəstək olmaq istəyən azarkeşlər “iTicket.az” portalından onlayn bilet əldə edə bilərlər.
Qeyd edək ki, “Napoli” – “Qarabağ” matçı noyabrın 25-də “Stadio Diego Armando Maradona” stadionunda, saat 00:00-da start götürəcək.