
Misli Premyer Liqasının (MPL) 12-ci turunda ev oyunlarını keçirdiyi Sumqayıt şəhər stadionunda "Turan Tovuz"u qəbul edəcək "Araz-Naxçıvan"ın oyuna neçə itki ilə çıxacağı bəlli olub.
Bunu Fanat.Az-a Naxşıvan təmsilçisinin sözçüsü Mahal Məmmədov açıqlayıb:
"Cəzalı oyunçu yoxdur. Oynamayacaqları dəqiq bilinən futbolçular uzun müddətə sıradan çıxanlardır: Əyyub Allaşla Rahil Məmmədov. Şarl Bolinin isə mikrozədəsi var. Onun "Turan Tovuz"la matçda komandaya kömək edib-etməyəcəyinə baş məşqçi qərar verəcək".
Qeyd edək ki, "Araz-Naxçıvan" - "Turan Tovuz" qarşılaşması noyabrın 22-də keçiriləcək. Matçın start fiti 15:00-da səsləndiriləcək.
Nihat