
1-ci Liqanın şəriksiz lideri "Şəfa" 9-cu turda "Şahdağ Qusar"ın qonağı olacaq. Bakı təmsilçisinin baş məşqçisi Elgiz Kərəmli ilə əlaqə saxlayıb qarşıdakı matç barədə nə düşündüyünü soruşduq.
33 yaşlı mütəxəssisin Fanat.Az-a açıqlaması belə oldu:
"Şahdag Qusar"ı ötən ildən tanıyırıq. Bu mövsüm iddiali olmasalar da, əzmkar kollektiv formalasdırıblar. Yaxşı müdafiə olunurlar. Onların müdafiəsini yarmaq bizim üçün heç də asan olmayacaq. Son oyunda "Difai" ilə heç-heçə etdiyimizə gorə bu matçda xal itirmək niyyətində deyilik. Çalisacağıq ki, azarkeşlərimizi növbəti qələbə ilə sevindirək".
Xatırladaq ki, turnir cədvəlinin zirvəsində mövqe tutan "Şəfa"nın 20 xalı var. Liderin ən yaxın təqibçisi "Səbail" isə 18 xal toplayıb.
Nihat