
AFFA iki komandanı texniki məğlubiyyət verib.
Fanat.Az-ın məlumatına görə, qərar qurumun İntizam Komitəsinin son iclasında qəbul olunub.
AFFA Region Liqasında keçirilməli olan "Bakı" TFK – "Mərcanlı" qarşılaşması birincilərin heyətində lisenziyası olmayan futbolçu iştirak etdiyi üçün meydan sahibləri 0:3 hesablı texniki məğlubiyyət alıb.
AFFA U-17 Liqasında keçirilməli olan "Turan Tovuz" – "Lion" PFK oyununda isə qonaq kollektiv təyin edilən vaxtda meydanda olmadığına görə klub 0:3 hesablı texniki məğlubiyyətlə cəzalandırılıb.